Məhkəmə qərarları › İş №3(010)-615/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-615/2022

19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-615/2022 19.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1, “Azərconnect" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 528.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 tərtib etdiyi 04 aprel 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilir ki, «Bakı Apelyasiya Məhkəməsinin 2(103)-10563 saylı 04.11.2019-cu il tarixli icra sənədinə əsasən X3 "xxxx" ASC-yə olan borcunun əmək haqqına yönəldilməsinə baxmayaraq Şəxs MMC tərəfindən tam və düzgün icra edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin nümayəndəsi X4 məhkəmə iclasında vəsatət təqdim edərək bildirmişdir ki, təmsil etdiyi MMC-nin hüquqi ünvanı AZ1025, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 113-dür. Həmçinin Cəmiyyət faktiki olaraq da bu ünvanda fəaliyyət göstərir. Başqa sözlə törədilməsi iddia edilən inzibati xəta da yalnız bu ünvanda törədilə bilərdi. Odur ki, işin aidiyyəti üzrə baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında materialı və vəsatəti nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında material aşağıdakı səbəblərə görə aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən «İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər». İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş çıxarışda "xxxx" MMC-nin hüquqi ünvanı kimi “ünvan 4irdiklərindən görünür ki, MMC-nin faktik fəaliyyəti də məhz həmin ünvanda həyata keçirilir. Belə olan halda "xxxx" MMC-yə istinad olunan inzibati xəta yalnız həmin ünvanda törədilə bilərdi. Ona görə də inzibati xəta haqqında materiala Suraxanı Rayon Məhkəməsində deyil, Xətai Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsinə əsasən "inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112.4, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 528.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərilsin Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar