Məhkəmə qərarları › İş №3(010)-616/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-616/2021

22.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-616/2021 22.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin böyük icra məmuru X5 iştirakı ilə xx xxxxxx 1982-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin böyük icra məmuru X5 xx xxxxx 2021-ci ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2020-ci ildə verilmiş 2(010)-3087/2020 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs tələbkar X1 xeyrinə xx xxxxxx 2003-cü il təvəllüdlü X2, xx xxxxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay aylıq qazançısının (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulmalıdır. İnzibati xəta haqqında protokoldan, həmçinin müvafiq icra işindən görünür ki, icra sənədi üzrə xx.xx.2020-ci il tarixdə icraata başlanmış, bu barədə tərəflərə, o cümlədən borclunun ünvanına qərar və tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. xx.xx.2020-ci ildə icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş Şəxs şəxsən təqdim edilmişdir. İcra sənədinin icraata daxil olduğu tarixdən hazıradək uzun bir vaxtın keçməsinə baxmayaraq borclu Şəxs tərəfindən hazıradək cəmi 1.650 manat aliment ödəmiş, o, mövcud olan 1.934 manat alimenti ödəməkdən boyun qaçırmışdır. İcra sənədi üzrə borcun ödənilməsinin məcburi qaydada təmin edilməsi istiqamətində borc tələbinin borcluya məxsus əmlaka yönəldilməsi məqsədi ilə müvafiq əmlak sorğuları verilmiş, lakin onun adında və qeydiyyatda olduğu ünvanda tələbin yönəldilə biləcəyi heç bir qiymətli əmlak aşkar edilməmişdir. Borcluda tələbin yönəldilə biləcəyi hər hansı digər qiymətli əmlak aşkar edilməmişdir. Borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılan zaman borcu ödəmək tələbi irəli sürülmüş, lakin hazıradək icra sənədi üzrə borc tələbinin tam ödənilməsi təmin edilməmişdir. xx.xx.2021-ci il tarixdə borclu Elnur Şıxəliyevin izahatı alınmış, həmin tarixə mövcud 1.590 manat borcun ödənilməsi ondan tələb olunmuşdur. Bunun ödənilməsi üçün borcluya 10 gün vaxt verilmişdir. Lakin verilən vaxt ərzində borclu tərəfindən aliment borcu tam olaraq ödənilməmiş, nəticədə hazıradək 1.934 manat borc yaranmışdır. Borclu tərəfindən icra sənədlərinin icrası təmin olunmadığından onun qeydiyyatda olduğu ünvanda yaşamaması əsas götürülərək barəsində xx.xx.2021-ci il tarixdə axtarış qərarı qəbul edilmiş, nəticədə axtarış işi açılmış və xx.xx.2021-ci il tarixdə borclunun şöbəyə gəlməsi təmin edilmişdir. Şəxs icra sənədi üzrə mövcud 1.934 manat borcunu dərhal ödəmək tələb olundu, dərhal ödəmək iqtidarında olmadığını bildirən Şəxs yalnız qeyri-müəyyən vaxtda hissə-hissə ödəniş edəcəyini qeyd etdi. Borclunun verdiyi izahatdan və digər icraat materiallarından onun qeyd olunan icra sənədi üzrə tələbi təmin etməməkdə qərəzli olduğu, qanunla üzrlü sayıla biləcək heç bir əsas gətirməməklə icra məmurunun qanuni tələblərinin yerinə yetirməkdən boyun qaçırdığı müəyyən edilmişdir. Belə ki, borclu bir neçə dəfə cəmi 200 manat olmaqla ödənişlər etmiş, məhkəmə qərarı ilə qanunamüvafiq şəkildə müəyyən olunan alimenti ödəməkdən boyun qaçırmışdır. Suraxanı rayon İcra şöbəsinin böyük icra məmuru X6 inzibati xəta haqqında protokolda göstərilənlərə və yuxarıda qeyd olunanlara uyğun məzmunlu izahat vermişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin tərkibi mövcuddur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunu ödəməməsini maddi imkansızlığı ilə izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini, tələbkarı və icra məmurunu dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə qərarı ilə müəyyən edilmiş aliment məbləğlərini üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli xx xxxxx 2021-ci il saat 16.30-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar