Məhkəmə qərarları › İş №3(010)-618/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-618/2021

22.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-618/2021 22.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X5, X1nın iştirakı ilə xx xxxxxx 1976-cı ildə Ermənistan SSR, Spitak rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X5 tərtib etdiyi xx xxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən xx xxxx 2009-ci ildə verilmiş xx xxxx 2009-cu tarixli 2(103)- 1134/2009 nömrəli icra vərəqəsinə əsasən Şəxs xx xxxxxx 2008-ci il tarixdən başlayaraq uşaqları xx xxxxxxx 2003-cü il təvəllüdlü X3 və xx xxxxxxxx 2005-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün aylıq qazancının 1/3 hissəsi tutularaq Qocayeva (Bayramova) Nailə Həmid qızına verilməlidir. Bununla yanaşı, Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxx 2014-cü ildə verilmiş xx xxxx 2014-cü tarixli 2(010)- 1850/2014 nömrəli icra vərəqəsinə əsasən xx xxxxxxx 2003-cü il təvəllüdlü X3 və xx xxxxxxxx 2005-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün xx xxxxxx 2014-cü il tarixdən başlayaraq borclu Şəxs Əskər oğlundan bir uşağa görə 103 manat olmaqla, iki uşağa görə hər ay 206 manat sabit pul məbləğində aliment tutularaq X6 verilməlidir. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X8 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 2(010)- 1134/2009 nömrəli icra sənədi icraata daxil olduqdan sonra müvafiq qaydada icraata başlanmış tərəflərə qərar və bildiriş göndərilmişdir. Bu günədək Apelyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 2(010)-1134/2009 nömrəli icra sənədi üzrə borclunun aliment borcundan tələbkarın xeyrinə 2.984 manat ödənilməmiş aliment borcu qalmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(010)-1850/2014 nömrəli icra sənədi icraata daxil olduqdan sonra müvafiq qaydada icraata başlanmış tərəflərə qərar və bildiriş göndərilmişdir. Bu günədək Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(010)-1850/2014 nömrəli icra sənədi üzrə borclunun aliment borcundan 16.016 manat ödənilməmiş aliment borcu qalmışdır. Borclu əvvəllər verdiyi izahatlarında heç bir yerdə işləmədiyi səbəbindən aliment borcunu ödəyə bilmədiyini qeyd etmişdir. xx.xx.2015-ci il tarixdə borcu barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq hüquqi qiymət verilməsi məqsədi ilə Suraxanı Rayon Məhkəməsinə təqdim olunmuş, Məhkəmənin xx.xx.2015-ci il tarixli 3(010)-596/2015 nömrəli qərarına əsasən Şəxs 5 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İcra sənədi üzrə icraat zamanı borclu verdiyi izahatında təyin olunmuş aliment borcunun ödəyə bilməməsinin səbəbini anasının və atasının xəstə olması, o cümlədən banka olan borcunu ödədiyindən aliment pulunu ödəyə bilmədiyini qeyd etmişdir. Hər ay “xxxx” ASC-yə 160 manat pul ödədiyini bildirmişdir. Borclu ilə hər dəfə əlaqə yaradılıb borcu ödəməsi tələb olunduqda o, tələbkarla ümumi razılığa gəldiyini bildirmişdir. Hazırda Şəxs hər iki icra sənədi üzrə ödənilməmiş aliment borcu 19.000 manat təşkil edir. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədləri üzrə borcunu tam ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. X1 işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, əslində borclu aliment ödəmək üçün kifayət qədər maddi imkana malikdir və əgər alimenti vaxtlı-vaxtında ödəsəydi bu miqdarda borcu yaranmazdı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş pul məbləğini ödəməmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən həmçinin nəzərə alır ki, aylıq alimentin miqdarı 206 manat təşkil etdiyi halda, onun borcu 19.000 manat təşkil edir. Bu isə borclunun uzun müddət ərzində alimenti müvafiq məhkəmə aktları ilə müəyyən edilmiş məbləğdə və qaydada ödəmədiyini təsdiq edir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, borclunun himayəsində ikinci ailəsindən 1 nəfər yetkinlik yaşına çatmamış uşağının olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli xx xxxxx 2021-ci il tarixindən saat 18.15-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar