Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-6209/2025 09.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X1 qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu PŞ-dən məhkəməyə daxil olmuş ərizədən görünür ki, səlahiyyətli orqan Şəxs barəsində göndərilmiş inzibati xəta haqqında protokolun mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu araşdırıb, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu PŞ-nin inzibati xəta haqqında protokolun mahiyyəti üzrə baxılmadan geri qaytarılmasına dair müraciətini nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında material səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu PŞ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu PŞ-nə geri qaytarılsın.
Məhkəmə qərarları › İş №3(010)-6209/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-6209/2025
09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver