Məhkəmə qərarları › İş №3(010)-621/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-621/2020

19.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-621/2020 19.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi x6 oğlunun katibliyi ilə, Şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 6 nömrəli evin 52 nömrəli mənzilində qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 11 mart 2020-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 3(010)-400/2020 nömrəli qərarı ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qaytarılmışdır. 17 iyun 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən Şəxs barəsində tərtib edilmiş həmin inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar təkrarən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. 11 mart 2020-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs mülkiyyətində olan “Lexus LX 570” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobili 28 yanvar 2020-ci il tarixdə, saat 10:07-də “Heydər Əliyev” adına x5 yolu Komsomol körpüsü Mərdəkan qəsəbəsi istiqamətində texniki baxışdan keçmədən idarə etməklə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı sorğu daxil olduğu gündən 05 gün ərzində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar tərtib edir. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında materiallara Şəxsnə inzibati xətanın törədilməsi zamanı mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatın təqdim edilməsi barədə sorğunun surəti əlavə edilsə də, lakin həmin sorğunun Azərbaycan Respublikası İXM-nin 57-ci maddəsinin tələblərinə əsasən Şəxsnə rəsmi qaydada verilməsini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş SS647468185AZ saylı poçt xəbərnaməsinin surətindən hansı sənədin göndərildiyini mümkün deyil. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Lakin məhkəməyə daxil olmuş inzibati xəta haqqında materiallara barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün Azərbaycan Respublikası İXM-nin Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş qaydada dövlət yol polisi orqanına çağrılması və sonuncunun nümayəndəsinin bundan boyun qaçırmasını təsdiq edən heç bir sənəd əlavə edilməmiş, inzibati xəta haqqında protokolda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə hüquqlarının və vəzifələrinin izah edilməsi barədə heç bir qeyd aparılmamış, həmin protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamış, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin protokolu imzalamaqdan imtina etməsi barədə müvafiq qeyd aparılırmamışdır. Habelə Azərbaycan Respublikası İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında materiallardan isə görünür ki, hüquqi şəxs Şəxs nümayəndəsinə, Şəxs barəsində tərtib edilmiş 11 mart 2020-ci il tarixli inzibati xəta haqqında protokolun surəti verilməmişdir. Bundan əlavə, məhkəmə iş materiallarına əlavə edilmiş 14 mart 2020-ci il tarixli bildirişin səlahiyyətli şəxs tərəfindən imzalanmamaqla rəsmiləşdirilmədiyini nəzərə alaraq hesab edir ki, həmin bildiriş ümumiyyətlə hər hansı bir rəsmi xarakter daşımır və hüquqi qüvvəyə malik deyildir. Belə ki, “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair” Təlimatın 24-cü bəndinə əsasən sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında materiallara “Lexus LX 570” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin hüquqi şəxs Şəxs mülkiyyətində və ya istifadəsində olmasını təsdiq edən hər hansı bir sübut da əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.1-106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi kimi məsələləri həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda hakim inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 11 mart 2020-ci il tarixli, AP seriyalı, ******* nömrəli protokol, onu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin İnzibati təcrübə üzrə baş inspektoru x4 qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar