Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-622/2021 23.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1982-ci ildə Lerik rayonu, Perzora kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Lerik rayonu, Mistan ərazi dairəsi, Mistan kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ərazisində nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsindən daxil olmuş xx xxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxx 2021-ci ildə X1 məxsus yarımtikilidən dəyəri 480 manat olan elektrik naqillərini oğurlama yolu ilə talamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, evlidir, böyüyü 9 yaşında, kiçiyi isə 2 yaşında olmaqla 4 uşağı var. Gözdən əlil anası, bacısı, arvadı və uşaqları ilə birlikdə yaşayır. Kiçik uşağı xəstədir. Anası və arvadı işləmirlər. Bacısı istixanada işləməklə ayda 450 manat miqdarında maaş alır. Özü ustadır və iş tapanda orta hesabla günə 20 manat qazanır. Ailənin qazancı qeyri-sabit ailənin özü isə böyük olduğuna görə bir çox vaxtlarda maddi cəhətdən əziyyət çəkirlər. Həmçinin kiçik oğlunun müalicəsi ilə bağlı da xeyli əlavə xərcləri çıxır. Aprel ayının əvvəlində də ailənin vəziyyəti maddi cəhətdən olmuş, yəni iş tapa bilmədiyinə görə evə qazanc gətirə bilməmiş, evin gündəlik ərzağını, həmçinin uşağının dərmanlarını belə ala bilməmişdir. xx xxxxx 2021-ci ildə iş tapmaq üçün inzibati xəta haqqında protokolda göstərilən ərazidə gəzərkən qapısı və pəncərəsi olmayan bir yarımtikili görüb içəri daxil olmuş, orada divara quraşdırılmış elektrik naqillərini bir torbaya yığaraq oğurlamışdır. Məqsədi ondan ibarət olub ki, naqilləri satmaqla ev üçün ərzaq və kiçik uşağı üçün zəruri dərmanları alsın. Oğurladığı naqilləri bir yer tapıb gizlətmişdir ki, ertəsi gün satıb pul əldə etsin. Lakin ertəsi gün gəldikdə həmin naqillərin gizlətdiyi yerdə olmadığını görmüşdür. Əməlindən peşmandır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünün səmimi etirafı ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, Şəxs öz əməllərini etiraf etməsi və peşman olması, evli olmaqla himayəsində 4 nəfər yetkinlik yaşına çatmamış uşağının olması və ailə vəziyyəti iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə «ictimai işlər» növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 240 (iki yüz qırx) saat müddətinə ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-622/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-622/2021
23.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver