Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-6236/2025 23.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə, X1 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ona yazılan qərarın ləğv edilməsini və ya araşdırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək qeyd etmişdir ki, 02 dekabr 2025-ci il tarixində saat 08:40 radələrində Suraxanı rayonu ərazisində, Suraxanı dairəsi istiqamətində hərəkət edərkən ** YP *** nömrəli YPX əməkdaşı onu saxlamışdır. YPX əməkdaşı avtomobildən düşmədən ona qayda pozduğunu və avtomobili səsgücləndirici vasitəsi ilə ona 150 metr məsafədən cərimə yazıldığını bildirmişdir. Bu səbəbdən ona İXM-nin 327.4-cü maddəsi ilə yazılan qərarla razı deyil. Avtomobilində quraşdırılmış videoqeydiyyatçı vasitəsi ilə hadisə anının görüntüləri mövcuddur. Göstərilənlərə əsasən şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Suraxanı Rayon Polis İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Qeyd olunur ki, şikayətçinin bildirdiyi qərar məhkəməyə təqdim edilməyib. Belə olan halda həmin qərarın mövcud olub-olmadığı müəyyən edilmir. Beləliklə, məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-6236/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-6236/2025
23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver