Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-6237/2025 18.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, X1 iştirakı ilə, Bakı şəhər DYPİ polis baş leytenantı X5 qəbul etdiyi xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 həmin şikayət ilə məhkəməyə müraciət edərək X12 İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, qeyd edilən qərarla razılaşmır. İXP № ******* saylı 12 noyabr 2025-ci il tarixli protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri kobud surətdə pozulmaqla tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. İXP № ******* saylı 12 noyabr 2025-ci il tarixli protokolda inzibati xətanın törədildiyi yer, vaxt göstərilməmişdir. O, hadisə ilə bağlı narazı olduğu halda heç bir araşdırma aparmadan, ekspertiza keçirilmədən həqiqəti əks etdirməyən protokol tərtib olunmuş və qərar çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXP ******* saylı 12 noyabr 2025-ci il tarixli protokol tərtib edilərkən hüquq və vəzifələri izah edilməmişdir və bu barədə protokolda müvafiq qeydlər aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə əsasən Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İXP № ******* saylı 12 noyabr 2025-ci il tarixli protokol onun tərəfindən imzalanmamışdır, protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququ məhdudlaşdırılmışdır, protokolu imza etməkdən imtina etməyi barədə heç bir qeyd əks olunmamışdır. Ümümilikdə protokol onun iştirakı olmadan tərtib, olunmuşdur. İnzibati xətanın mahiyyəti protokolda öz əksini tapmamışdır. O, hadisə ilə bağlı narazı olduğu halda heç bir araşdırma aparmadan, ekspertiza keçirilmədən həqiqəti əks etdirməyən protokol tərtib olunmuşdur. Yuxarıda qeyd olunanlardan məlum olur ki, İXP № ******* saylı 12 noyabr 2025-ci il tarixli protokol tərtib edilərkən İXM-nin tələbləri kobud şəkildə pozulmuşdur, protokolda inzibati xətanın törədildiyi yer, vaxt göstərilməmişdir, Məcəllədə nəzərdə tutulmuş hüquqla və vəzifələri izah edilməmişdir, İXP № ******* saylı 12 noyabr 2025-ci il tarixli protokol onun tərəfindən imzalanmamışdır, izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququ məhdudlaşdırılmışdır, protokolu imza etməkdən imtina etməyi barədə heç bir qeyd əks olunmamışdır. Şikayətə əlavə edilmiş "xxxx" MMC tərəfindən video görüntünün DYP-yə təhvil - təslim verilməsinə dair 13 noyabr 2025-ci il tarixli 04 saylı aktdan görünür ki, 79 nömrəli avtobus qarşısında manevr qaydasını pozaraq avtobusun sol güzgüsünü və alın hissəsini sındırmışdır. Hadisənin video görüntüsü şikayətə əlavə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqmda işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda; şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; barəsində inzibati xəta haqqmda iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqmda işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə banşdıqda; bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. Qeyd olunanlara əsasən İXP № ******* saylı 12 noyabr 2025-ci il tarixli protokol tərtib olunarkən İXM-nin tələbləri ciddi pozulduğundan, əməlində inzibati xəta tərkibi olmadığından 12 noyabr 2025-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 izahat verərək bildirdi ki, onun barəsində avtobus zolağına daxil olmasına, dönmə xəttinə qədər irəliləyib saxlamasına dair protokol tərtib edilib. O, sarı xəttin sonunadək gedib dayanmış, avtobus dayanacağı nə qədər arxada qalmışdır. Avtobus isə düz xətti pozaraq o hərəkət etmək istəyəndə onun qarşısında gəlib dayanmış və onun maşınının sağ şüşəsini sındırmışdır. O qayda pozuntusu etməmiş, qarşıdan gəlib sağdan daxil olan avtobus pozuntu etmiş, o bütün video görüntüləri gətirmişdir. Videogörüntüdəndə görünür ki, o nə qədər məsafə sonra dayanmış, sonradan hərəkət edəndə avtobus onu vurmuş, hətta onun siqnal verməsi belə görüntüdə var. Bu hadisə Tbilisi prospektində baş verib. O düz xətlə hərəkət edir, sola dönmə işığını yandıran avtomobil varsa, o dayanmalıdır. O, güzgüdən arxanı yoxlamış, sağa dönmə işığını heç bir avtomobil yandırmamışdır. Onun yan şüşəsindən vuran avtobus dönmə işığını yandırmamışdır. O, həmin görüntüləri "xxxx"da göstərmək üçün müraciət edib, ancaq ona məzuniyyətdə olduğunu bildirmişlər. Qeyd etdiklərinə əsasən şikayətin təmin edilməsini və qərarın ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayətin qismən təmin olunması üçün əsaslıdır. İş materiallarında olan Bakı şəhər DYPİ polis baş leytenantı X5 qəbul etdiyi xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ilə X6 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərardan görünür ki, X4 istifadəsində olan “BMC PROCİTY 12M CNG” avtobus markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Tbilisi prospekti ərazisində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə pozuntusu müəyyən edilmişdir. Göründüyü kimi, X4 barəsində yol nişanlarının tələblərinə riayət edilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilməsi haqqında X12 İdarəsinin inzibati tənbeh vermə haqqında TP seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli elektron qərarı ilə işin faktiki halları arasında uyğunsuzluqlar yaranmışdır. Belə ki, şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin qərar və protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. X3 hazırki qərarla razılaşmamış, bildirmişdir ki , inzibati icraat zamanı bir sıra prosessual pozuntuya yol verilmişdir. O, sarı xəttin sonunadək gedib dayanmış, avtobus dayanacağı nə qədər arxada qalmışdır. Avtobus isə düz xətti pozaraq o hərəkət etmək istəyəndə onun qarşısında gəlib dayanmış və onun maşınının sağ şüşəsini sındırmışdır. O qayda pozuntusu etməmiş, qarşıdan gəlib sağdan daxil olan avtobus pozuntu etmiş, o bütün video görüntüləri gətirmişdir. Videogörüntüdəndə görünür ki, o nə qədər məsafə sonra dayanmış, sonradan hərəkət edəndə avtobus onu vurmuş, hətta onun siqnal verməsi belə görüntüdə var. Bu hadisə Tbilisi prospektində baş verib. O düz xətlə hərəkət edir, sola dönmə işığını yandıran avtomobil varsa, o dayanmalıdır. O, güzgüdən arxanı yoxlamış, sağa dönmə işığını heç bir avtomobil yandırmamışdır. Onun yan şüşəsindən vuran avtobus dönmə işığını yandırmamışdır. Bundan əlavə şikayətində göstərmişdir ki, İXP № ******* saylı 12 noyabr 2025-ci il tarixli protokol onun tərəfindən imzalanmamışdır, protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququ məhdudlaşdırılmışdır, protokolu imza etməkdən imtina etməyi barədə heç bir qeyd əks olunmamışdır. Ümümilikdə protokol onun iştirakı olmadan tərtib olunmuşdur. İnzibati xətanın mahiyyəti protokolda öz əksini tapmamışdır. O, hadisə ilə bağlı narazı olduğu halda heç bir araşdırma aparmadan, ekspertiza keçirilmədən həqiqəti əks etdirməyən protokol tərtib olunmuşdur. Yuxarıda qeyd olunanlardan məlum olur ki, İXP № ******* saylı 12 noyabr 2025-ci il tarixli protokol tərtib edilərkən İXM-nin tələbləri kobud şəkildə pozulmuşdur, protokolda inzibati xətanın törədildiyi yer, vaxt göstərilməmişdir, Məcəllədə nəzərdə tutulmuş hüquqla və vəzifələri izah edilməmişdir, İXP № ******* saylı 12 noyabr 2025-ci il tarixli protokol onun tərəfindən imzalanmamışdır, izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququ məhdudlaşdırılmışdır, protokolu imza etməkdən imtina etməyi barədə heç bir qeyd əks olunmamışdır. Göründüyü kimi, şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdirdə təqsirin mövcud olubolmadığını müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin hazırki haldaki kimi razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X8 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM- nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli qərar əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır.Bundan əlavə M.İsmayılov şikayətdə göstərdiyi İXP № ******* saylı 12 noyabr 2025-ci il tarixli protokol onun tərəfindən imzalanmaması, protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququ məhdudlaşdırılması protokolu imza etməkdən imtina etməyi barədə heç bir qeyd əks olunmaması, protokol onun iştirakı olmadan tərtib edilməsi, inzibati xətanın mahiyyəti protokolda öz əksini tapmaması, hadisə ilə bağlı narazı olduğu halda heç bir araşdırma aparmadan, ekspertiza keçirilmədən həqiqəti əks etdirməyən protokol tərtib edilməsi, protokol tərtib edilərkən İXM-nin tələbləri kobud şəkildə pozulmuşdur, protokolda inzibati xətanın törədildiyi yer, vaxt göstərilməməsi, Məcəllədə nəzərdə tutulmuş hüquqla və vəzifələri izah edilməməsi kimi nöqsanlar aradan qaldırılmalıdır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. X6 tərəfindən inzibati xətanın törədilib-törədilməməsinə, təqsirinin olmasına dair şübhələrin aradan qaldırılmasının təmin olunması məqsədi ilə həmin inzibati materialın X12 İdarəsində əlavə araşdırılması zəruridir. X6 yol hərəkəti qaydasının 327.1-ci maddəsinin tələbini pozmamışdır. Hazırkı vəziyyətdə X4 hərəkətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması müəyyən edilərsə iş üzrə qərarın ləğv edilməsi haqqında qərar qəbul edir. Bunlara əsasən, məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilməsinə dair X12 İdarəsinin inzibati tənbeh vermə haqqında TP seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli elektron qərarı ləğv edilməli və əlavə araşdırılma aparılması üçün X12 İdarəsinə göndərilməklə, şikayət təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 40, 43, 49-51, 53.0.2, 69,114,128-131 və 333.1-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ Şikayət qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhər X13 İdarəsinin inzibati tənbeh vermə haqqında TP seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli elektron qərarı ləğv edilsin və əlavə araşdırılma aparılması üçün X12 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-6237/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-6237/2025
18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver