Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-631/2021 05.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində X2 iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 07 yanvar 1988-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İmişli rayonu, Muğan küçəsi, ev 10 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair X2 materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Şəxs, 14 aprel 2021-ci il tarixdə, saat 09:49-da, “LADA VESTA GFL 13-W7V-62 minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərindən isifadə etmədən idarə etdiyinə görə Bakı şəhər X4 İdarəsinin yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, həmin vaxt spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən, sərxoşluq vəziyyəti ACE-Z markalı, İN-642229 nömrəli alkotesterlə yoxlanıldıqda qanında alkoqolun konsentrasiyasının 0.452 promilli olduğu, bununla da Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi müəyyən edilmişdir. Buna görə də 14 aprel 2021-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin yol patrul xidməti inspektoru polis serjantı X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, o, 14 aprel 2021-ci il tarixdə səhər saatlarında idarə etdiyi “LADA VESTA GFL 13-W7V-62 minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, həmin vaxt sərxoşluq vəziyyəti alkotesterlə yoxlanılmış və yol patrul xidməti inspektoru alkoqol sərxoşluğu vəziyyətində olduğunu bildirmişdir. O, yol patrul xidməti inspektoruna 13 aprel 2021-ci il tarixdə axşam spirtli içki araq içdiyini, hazırda isə sərxoş vəziyyətdə olmasının qeyri mümkün olduğunu demişdir. Həmin vaxt yol patrul xidməti inspektorunun təkidi ilə məcburiyyət qarşısında qalıb müvafiq protokolda alkotesterin göstəricisi ilə razı olduğunu, həkim müayinəsinə getməyə ehtiyyacının olmadığını və s. etirafedici qeydlərini yazıb öz imzası ilə təsdiq etmişdir. Lakin sonradan Respublika Narkoloji mərkəzinə gedib sərxoşluq vəziyyəti ilə bağlı həkim müayinəsindən keçmiş və sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktına əsasən ayıq olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən inizbati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati protokol tərtib etmiş orqana rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan İXP saylı ******* nömrəli, 14.04.2021-ci il tarixli X2 protokoldan görünür ki, Şəxs 14.04.2021-ci ildə saat 09:49-da «LADA VESTA GFL 13- W7V-62» minik markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən və sərxoş vəziyyətdə idarə etmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, 14 aprel 2021-ci il tarixdə, saat 09:47-də, “LADA VESTA GFL 13-W7V-62 minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs spirtli içki qəbul etməsi özünü aşkar şəkildə biruzə verdiyindən Azərbaycan Respublikası İXM-nin 96-cı maddəsinə əsasən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı, İN-642229 nömrəli xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində Şəxs spirtli içki qəbul etdiyi müəyyən olunmuşdur. Şəxs həmin protokolda öz imzası ilə 13.04.2021-ci il tarixdə araq içdiyini, həkim müayinəsinə ehtiyacının olmadığını və alkotesterin nəticəsi ilə razı olduğunu qeyd etmişdir. X2 materiala əlavə edilmiş alkotestr müayinəsi çıxarışından görünür ki, 14.04.2021-ci ildə Şəxs 0,452 promilli alkoqolun konsentrasiyası müəyyən edilmişdir. Barəsində X2 iş üzrə icraata aprılan şəxs Şəxs məhkəmə iclasında təqdim etdiyi və iş materiallarına əlavə edilmiş 14 aprel 2021-ci il tarixli, 2/9942 saylı “Sərxoşuluq vəziyyətinin tibbi müayinəsi” Aktından görünür ki, Şəxs həmin günü saat 11:27-də tibbi müayinə olunarkən ayıq olmuş, onda alkoqol qəbulu əlamətləri müəyyən edilməmişdir. Məhkəmə, barəsində X2 iş üzrə icraat aparılan Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 14 aprel 2021-ci il tarixli, 2/9942 saylı ““Sərxoşuluq vəziyyətinin tibbi müayinəsi” Aktının 14.04.2021-ci il tarixdə, saat 11:27-də tərtib olunmuş aktın göstəricələrinə tənqidi yanaşaraq, mövqeyini onunla əsaslandırır ki, 14.04.2021-ci il tarixdə, saat 09:47-də aparılmış ilkin müayinə zamanı Şəxs sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi müəyyən edilmiş, onun özü də izahatında göstərmişdir ki, alkotesterin göstəricisi ilə razıdır, əlavə müayinəyə ehtiyac yoxdur. Qeyd olunan müayinədən uzun müddət, iki saat sonra Şəxs öz təşəbbüsü ilə keçirilmiş sonrakı müayinə ilə isə onun artıq sərxoş olmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, Şəxs avtomaşını idarə edərkən sərxoş vəziyyətdə olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi isə nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutur. Müəyyən müddət keçməsindən sonra şəxsin artıq sərxoş olmaması faktı onu qeyd olunan maddə ilə məsuliyyətdən azad etmir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli qərarının 2.4-cü bəndinə əsasən “Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. Məhkəmə araşdırması zamanı barəsində X2 iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş üzrə toplanmış sübutlarla təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi X2 iş üzrə icraata başlanması üçün əsasdır. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan, ona həmin maddələrin sanksiyası həddində inzibati tənbeh növü təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək, onun barəsində 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-631/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-631/2021
05.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver