Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-633/2020 13.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə, Binəqədi rayon DYPŞ-nin vəzifəli şəxsinin xx xxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: xx xxx 2020-ci ildə tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Binəqədi rayon DYPŞ-nin vəzifəli şəxsi tərəfindən xx xxx 2020-ci ildə qəbul olunmuş TP seriyalı ******* nömrəli qərarla X2 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilmişdir. X2 həmin qərardan şikayət verib. X2 şikayətində bildirir ki, xx xxx 2020-ci ildə saat 14:14 radələrində özünə məxsus (055)-947-21-24 və (070)-947-21-24 mobil telefonlarla 8102 xidmətinə karatin rejimi qaydalarına uyğun olaraq evdən çıxmağı ilə bağlı mesajlar yazmış və idarə etdiyi “OPEL ASTRA” minik markalı 10ZM954 dövlət qeydiyyat nişanlı avtomobili ilə Binəqədi rayonu Ə.Rəcəbli küçəsində hərəkət edərkən avtomobili saxlanılaraq yoxlama aparılmışdır. Yoxlama zamanı ona bildirdilər ki, guya o, icazəsiz küçəyə çıxıb. Binəqədi rayonu DYPŞnin vəzifəli şəxsi tərəfindən çıxarılmış TP seriyalı ******* nömrəli qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə (epidemiya əleyhinə rejimin, sanitariya -gigiyena və karantin rejimlərinin pozulması) təqsirli bilinərək o 100 manat məbləğində cərimə edilmişdir. Binəqədi rayon DYPŞ-nin vəzifəli şəxsi tərəfindən çıxarılmış TP seriyalı ******* nömrəli xx.xx.2020-ci-il tarixli qərarla razı deyil. Belə ki, o, həmişə karatin rejimi qaydalarına riayət edərək bundan əvvəlki günlərdə də 8103 xidmətinə mesaj yazaraq evdən çıxmağı ilə bağlı icazələr almışdır. Bildirir ki, 8103 xidməti tərəfindən ona cavablar əvvəllər gəlmişdir. Lakin sonradan belə mesajlar gəlsə də onun telefonunda görünmürdü. Lakin ona həmişə razılıq verildiyindən o, küçəyə çıxıb, vaxtında da evə qayıtmışdır. Bəzən yoxlamalar olarkən o, telefondakı sms yazılarını polis əməkdaşlarına təqdim etdikdən sonra, onlar tərəfindən yoxlama araşdırılma aparılmış və buna icazə olduğu barədə razılığın olması polislər tərəfindən ona bildirmişdir. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin olunmasını xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş X2 gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Binəqədi rayon DYPŞ-nin nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmə şikayətə Binəqədi rayon DYPŞnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət aşağıdakı səbəblərə görə təmin olunmamalıdır. «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarı ilə xx xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri müəyyən edilmişdir («Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 144 nömrəli Qərarının 5-ci bəndi ilə yuxarıda qeyd olunan müddət xx xxx 2020-ci il tarixinədək, «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 163 nömrəli Qərarının 6.1-ci bəndi ilə isə xx xxx 2020-ci il tarixinədək uzadılmış, «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 176 nömrəli Qərarının 1-ci, 1.1.1ci və 4-cü bəndləri ilə xx xxx 2020-ci il saat 00.00-dan etibarən «yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi», həmçinin «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarı ləğv edilmişdir). Beləliklə, Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq «yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi» xx xxxxx 2020-ci il saat 00.00dan xx xxx 2020-ci il saat 00.00-dək qüvvədə olub. «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq dövrdə qüvvədə olmuş xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarının 1.4-cü bəndi ilə müəyyən edilirdi ki, «Bütün digər şəxslərin (Qərarın 1.1 – 1.3-cü bəndlərində nəzərdə tutulmayan şəxslərin) yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir: 1.4.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 1.4.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar; 1.4.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar». Eyni Qərarın 1.5-ci bəndinə əsasən «Bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir. 1.5.1. 1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 1.5.2. 2 rəqəmi – ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir); 1.5.3. 3 rəqəmi – yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün». X1 məhkəməyə bildirdiklərindən və təqdim etdiyi çıxarışdan görünür ki, o, xx xxx 2020-ci ildə 8103 nömrəsinə saat 14:14-də SMS göndərmişdir. Lakin həmin SMS-ə cavab gəlməmişdir. Beləliklə, müvafiq vaxtda X1 yaşayış yerini tərk etmək icazəsi olmayıb. Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, X1 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilməsinə dair Binəqədi rayon DYPŞ-nin vəzifəli şəxsinin xx xxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Binəqədi rayon DYPŞ-nin vəzifəli şəxsinin xx xxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Binəqədi rayon DYPŞ-nin vəzifəli şəxsinin xx xxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-633/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-633/2020
13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver