Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-634/2021 26.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Şəxs, xx xxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, subay, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 139 nömrəli evin 117 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə rəisi Qabil Kərimovun qəbul etdiyi 27 mart 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli qərara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bundan başqa, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə rəisi X2 qəbul etdiyi 04 aprel 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bundan başqa, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi X3 qəbul etdiyi 23 iyul 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bundan başqa, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə rəisi Tehran Sadıqovun qəbul etdiyi 31 iyul 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bundan başqa, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin sahə rəisi Asəf Əsədullayevin qəbul etdiyi 20 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli nömrəli qərara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin icra sənədlərinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədlərinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədlərini icra etməmişdir. Buna görə də 26 aprel 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, icranı könüllü olaraq təmin etmək üçün ona vaxt verilməsinə baxmayaraq maddi vəziyyəti ilə əlaqədar olaraq barəsində tətbiq edilmiş inzibati cərimələri ödəyə bilməmişdir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X4 məhkəmədə bildirdi ki, icra sənədləri müfaviq olaraq icraata daxil olmuş, müəyyən qaydaya əsasən icraata başlanılmış, bu barədə borclunun ünvanına qədər və tələbin könüllü icrası barədə bildiriş məktubları göndərilmişdir. İnzibati cərimələrin ödənilməsinə dair borcluya dəfələrlə “elektron sms” və ünvana bildiriş vasitəsilə xəbərdarlıqlar edilmiş, lakin hazıradək həmin icra sənədləri üzrə heç bir inzibati cərimə borclu tərəfindən ödənilməmişdir. İcra sənədləri üzrə movcud borcun ödənilməsinin məcburi qaydada təmin edilməsi istiqamətində borc tələbinin borcluya məxsus əmlaka yönəldilməsi məqsədilə müvafiq əmlak sorğuları verilmiş, lakin onun adında və qeydiyyatda olduğu ünvanda tələbin yönəldilə biləcəyi heç bir qiymətli əmlak aşkar edilməmişdir. Borcluda tələbin yönəldilə biləcəyi hər hansı digər qiymətli əmlak aşkar edilməmişdir. Borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılan zaman borcu ödəmək tələbi irəli sürülmüş, lakin hazıradək icra sənədləri üzrə inzibati cərimələrin ödənilməsi təmin edilməmişdir. Borclu tərəfindən icra sənədlərinin icrası təmin olunmadığından onun qeydiyyatda olduğu ünvanda yaşamaması əsas götürülərək barəsində axtarış qərarı qəbul edilmiş, nəticədə axtarış işi açılmış və 26 aprel 2021-ci il tarixdə borclu polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə məcburi gətirilmişdir. Yuxarıda qeyd olunan inzibati xəta haqqında qərarlar üzrə cəmi 800 manat inzibati cərimənin ödənilməməsi ilə əlaqədar ona verilən suallara cavab olaraq Şəxs heç bir sualı cavablandırmayacağını, heç bir sənədə imza atmayacağını bildirmiş, izahat verməkdən və onun iştirakı ilə barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsinə əsasən tərtib edilmiş protokolu imzalamaqdan imtina etmişdir. Borclu barəsində toplanılmış icraat materiallarından onun qeyd olunan inzibati xəta haqqında qərarlar üzrə inzibati cərimələrin müəyyən olunmuş müddətdə ödənilməsini təmin etməməkdə qərəzli olduğu, qanunla üzrlü sayıla biləcək heç bir əsas gətirməməklə həmin cərimələrin ödənilməsindən qərəzli olaraq boyun qaçırdığı, bununla da onun hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 529.1ci maddəsinin tərkibinin yarandığı müəyyən edilmişdir. Belə ki, inzibati tənbehin verilməsinə dair qərarlar üzrə cərimələr hazıradək ödənilməməklə bütün qərarlar üzrə hər birinə ayrılmış 03 ay müddət üzrlü səbəb olmadan ötürülmüş, borclu tərəfindən onların dərhal ödənilməsi tələbinə dair heç bir tədbir görülməmiş, izahatın verilməsindən imtina edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddələrini rəhbər tutaraq Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində qeyd olunan inzibati xətanın tərkibi olduğundan onun inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxmağını xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan icraata başlamaq haqqında 11 iyun 2020-ci il tarixli, 21 may 2020-ci il tarixli, 16 mart 2021-ci il tarixli, 17 sentyabr 2020-ci il tarixli və 08 fevral 2021-ci il tarixli qərarlardan və tələbin könüllü icrası haqqında eyni tarixli bildirişlərdən görünür ki, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 27 mart 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin 04 aprel 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin 23 iyul 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 31 iyul 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli və Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin 20 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli icra sənədləri üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icra sənədlərini 10 gün müddətinə könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmiş, habelə müvafiq olaraq inzibati və cinayət məsuliyyəti barədə xəbərdar olunmuşdur. İş materiallarında olan 03 mart 2021-ci il tarixli aktdan görünür ki, icra məmurları 27 mart 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli, 04 aprel 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli, 23 iyul 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli, 31 iyul 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli və 20 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli icra sənədlərinin icrası ilə bağlı borclu Şəxs yerini müəyyən etmək məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 139 nömrəli evin 117 nömrəli mənzilində olmuşlar. Ünvana baxış keçirilərkən borclu Şəxs həmin ünvanda yaşamadığı müəyyən olunmuşdur. İş materiallarında olan 10 mart 2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 10 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Şəxs 08 aprel 2021-ci il tarixdən borclu kimi axtarışda olmuşdur. İş materiallarında olan 26 aprel 2021-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 27 mart 2020ci il tarixli, MN seriyalı ******* nömrəli, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin 04 aprel 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin 23 iyul 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 31 iyul 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli və Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin 20 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıram. İş üzrə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Buna görə də hesab edirəm ki, Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs üzərində nəzarətin həyata keçirilməsi qeydiyyat yeri üzrə İcra şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-634/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-634/2021
26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver