Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-635/2020 18.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Dövlətov Rəşad Əlizaman oğlunun iştirakı ilə xx xxx 1994-cü Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Dövlətov Rəşad Əlizaman oğlunun tərtib etdiyi xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Xəzər Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2019-cu ildə verilmiş xx xxxxxx 2019-cu il tarixli 2(003)-2588/2019 nömrəli icra vərəqəsinə əsasən xx xxxxxx 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2019cu il tarixdən başlayaraq borclu Şəxs tələbkar X2 xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki,icra sənədi xx.xx.2019-cu il tarixdə şöbəyə daxil olmuş və müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. İcra sənədi üzrə borclu Şəxs tələbin yönələ biləcəyi əmlakının aşkar edilməsi üçün sorğularla müvafiq qurumlara müraciət edilmiş, lakin tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. Borclu Şəxs ilə əlaqə yaradıla bilinmədiyi üçün borclu Şəxs barəsində “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə axtarış qərarı qəbul edilərək icra olunması üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilmişdir. Suraxanı Rayon Polis İdarəsindən şöbəyə daxil olmuş 096-12729-1220 saylı,xx.xx.2020-ci il tarixli məktubda borclu Şəxs barəsində xx.xx.2020-ci il tarixdə axtarış işinin açılması qeyd edilmişdir. xx.xx.2020-ci ildə borclu Şəxs polis tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir. Hal-hazıradək yaranmış aliment borcu 1600 manat təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədini icra etmədiyini maddi imkansızlığı ilə izah etmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş aliment borcunu üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasənŞəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli xx xxxx 2020-ci il saat 14.45-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-635/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-635/2020
18.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver