Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-635/2021 07.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Səbail Rayon Polis İdarəsi Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materialı məhkəməyə. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC-nin mülkiyyətində olan Daewoo Damas” yük markalı 90JX389 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş şəxs 10 avqust 2020-ci ildə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs MMC həmin vaxt avtomobili idarə etmiş şəxs barəsində zəruri olan məlumatları müvafiq sorğunu aldığı vaxtdan 5 gün müddətində təqdim etmədiyinə görə barəsində Səbail Rayon Polis İdarəsi tərəfindən 29 noyabr 2020-ci ildə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilib. Səbail Rayon Polis İdarəsi materialı Səbail Rayon Məhkəməsinə vermiş, həmin material Səbail Rayon Məhkəməsinə 12 yanvar 2021-ci ildə daxil olmuşdur. Səbail Rayon Məhkəməsinin 3(009)-131/2021 nömrəli iş üzrə 19 fevral 2021-ci il tarixli qərarı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılmış və məhkəmənin 3(103)-650/2021 nömrəli iş üzrə 29 mart 2021-ci il tarixli qərarı ilə Səbail Rayon Məhkəməsinin 3(009)-131/2021 nömrəli iş üzrə 19 fevral 2021-ci il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Səbail Rayon Məhkəməsinin 3(010)-131/2021 nömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, əslində tələb olunan sənədlər Səbail rayon DYPŞ-nə göndərilib. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Nümayəndənin dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, Şəxs MMC-nin mülkiyyətində olan Daewoo Damas” yük markalı 90JX389 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş şəxs barəsində zəruri məlumatın Səbail rayon DYPŞ-nə real təqdim olunduğunu təsdiq edə biləcək heç bir mötəbər sübut məhkəməyə təqdim edilməyib. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-635/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-635/2021
07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver