Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-637/2020 14.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1951-ci ildə Naxçıvan MR, Şərur rayonu, Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, 4048/49 məh, ev 3, mənzil 100 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx xxx 2020-ci il tarixdə TTYS-dən Qaraçuxur qəsəbəsi, Araz marketin yaxınlığında sürücü Şəxs idarə etdiyi “Hyundai Sonata” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X1 idarə etdiyi “VAZ 2107” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Toqquşma nəticəsində “VAZ 2107” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan X4 xəsarət almışdır. Toplanılmış ilkin materiallar əsasında Suraxanı RPİ-nin TŞ-də araşdırma aparılmışdır və xx.xx.2020-ci il tarixli Qərar ilə toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuşdur. Qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Suraxanı RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Şəxs məhkəmə iclasında həmin inzibati xətanı törətməsini etiraf edərək, izahatında göstərmişdir ki, o, təxminən 2008-ci ildən “Hyundai Sonata” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx xxx 2020-ci il tarixdə təxminən günorta saatlarında Qaraçuxur qəsəbəsi istiqamətindən Əmircan qəsəbəsi istiqamətinə hərəkət edən zaman Əmircan qəsəbəsində sol istiqmaətə hərəkət etmək üçün sola döndükdə idarə etdiyi avtomobil Qaraçuxur qəsəbəsi istiqamətinə hərəkət edən “Vaz 2107” markalı avtomobilin sağ hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində o, heç bir xəsarət almamışdır. Sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və araşdırma başlanmışdır. Hadisə zamanı idarə etdiyi avtomobildə sərnişin olmamışdır. Hadisə zamanı onun avtomobili yüksüz olmuşdur. Avtomobili idarə etmək üçün bütün lazımi sənədləri qaydasındadır. Hadisə zamanı sərxoş olmamışdır. İş materiallarında olan Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitanı X2 xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından müəyyən olunur ki, Şəxs sərxoş deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 xx.xx.2020-ci il tarixli, 443 saylı rəyindən görünür ki, vətəndaş V.O.Məmmədovun bədən səthində aşkar edilmiş xəsarət – sağ dirsək oynağının qançırşişkinlik halında əziyi bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2020ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunan sübutlarla tam sübuta yetmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərədə tutulan cərimə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib barəsində 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-637/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-637/2020
14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver