Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-6373/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, X1 iştirakı ilə, X3 Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 32309516 nömrəli, xx.xx.2025-ci il tarixli protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X2 Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 32309516 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təsadüf nəticəsində e-Polis portalına daxil olduqda inzibati xətanın törəndiyi ünvan kimi “Suraxanı rayonu Əmircan qəsəbəsi saat 12:49” göstərilən barəsində inzibati xətalar məcəlləsinin 346.1-cü maddəsi ilə xx.xx.2025ci il tarixli EQ32309516 nömrəli elektron inzibati protokol tərtib olunduğunu aşkar etmişdir. Həmin portal üzərindən qeyd olunan protokol və həmin protokol əsasında qəbul edilmiş qərardan şikayət etsə də, bu günə kimi heç bir rəsmi münasibət yoxdur. Eyni zamanda birinci instansiya məhkəməsinin nəzərinə çatdırır ki, barəsində xx.xx.2025-ci il tarixində naməlum şəkildə tərtib olunmuş protokol əsasında naməlum qəbul olunmuş qərar İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələbinə zidd şəkildə qəbul edilməklə yanaşı ona (verilməyib) göndərilməmişdir. Elə ona görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bildirir ki, barəsində tərtib olunan protokolda qeyd olunan Volksvagen İD.6 markalı **-RM-*** Dövlət nömrə nişanlı avtomaşın ilə xx.xx.2025-ci il tarixində Suraxanı Rayon ərazisində heç bir inzibati xəta törətməmişdir. Hesab edir ki, barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ32309516 nömrəli elektron inzibati protokol əsassında qəbul olunmuş qərar qanunvericiliyin normalarının pozulması ilə əsassız olmaqla yanaşı İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələbinə zidd şəkildə onun xəbəri və iştirakı olmadan qəbul olunmuş olduğundan ləğv edilməli və inzibati işə xitam verilməlidir. Bununla əlaqədar onun vəsatətini nəzərə alaraq barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ32309516 nömrəli elektron inzibati protokol əsasında onun iştirakı olmadan qəbul olunaraq ona göndərilməsi təmin edilməyən barəsində şikayətçi olduğu qərarı və iddia olunan inzibati xəta törətməyinə dair sübutları cavabdeh tərəfindən məhkəməyə təqdim olunmasını təmin etməyi xahiş etmişdir. Məhkəmə iclasında X2 izahat verərək bildirdi ki, orada inzibati xətanı törədən o deyil, bu məsələ yenidən araşdırılmalıdır. Şikayətdə qeyd etdiyi avtomobilə keçmiş tarixə etibarnamə olub, mülkiyyətçi etibarnaməni ləğv etdirməli idi. Hazırda xətanı o törətməyib, ancaq onun adına cərimə gəlib. Cərimə yazan polis ona sübut etməlidir ki, inzibati xətanə məhz o törədib. Onun tərəfindən xəta törədilməyib, maşını kim idarə edir bilmir, ona qısa müddətlik etibarnamə verilmişdir. Maşını kim idarə edibsə, protokol onun barəsində tərtib edilməlidir. O, maşını 3-4 ay əvvəl mülkiyyətçiyə geri qaytarıb. O, protokolu görən kimi tərtib edən orqana müraciət edib yenidən araşdırılma aparılmasını, onun olmadığını bildirmişdir. Burada olan şübhə onun xeyrinə həll etməlidir, cavabdeh tərəf gəlib sükan arxasında onun olduğunu sübut etməlidir. Onun iştirakı olmada qərar qəbul edilib, tərtib edən orqandan müraciətinə cavab gəlmədiyi üçün o, məhkəməyə müraciət etməli olub. Onun heç bir günahı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş şikayətdən görünür ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 32309516 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20 (iyirmi) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə – iyirmi manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, EQ seriyalı 32309516 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarla X4 xx.xx.2025-ci il tarixdə saat 12:49-da Suraxanı rayonu Əmircan qəsəbəsi ərazisində VOLKSVAGEN İD.6 minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma və ya durma qaydalarını pozmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. X2 ərizəsində qeyd etmişdir ki, təsadüf nəticəsində e-Polis portalına daxil olduqda inzibati xətanın törəndiyi ünvan kimi “Suraxanı rayonu Əmircan qəsəbəsi saat 12:49” göstərilən barəsində inzibati xətalar məcəlləsinin 346.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli EQ32309516 nömrəli elektron inzibati protokol tərtib olunduğunu aşkar etmişdir. Həmin portal üzərindən qeyd olunan protokol və həmin protokol əsasında qəbul edilmiş qərardan şikayət etsə də, bu günə kimi heç bir rəsmi münasibət yoxdur. Eyni zamanda, barəsində xx.xx.2025-ci il tarixində naməlum şəkildə tərtib olunmuş protokol əsasında naməlum qəbul olunmuş qərar İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələbinə zidd şəkildə qəbul edilməklə yanaşı ona (verilməyib) göndərilməmişdir. Elə ona görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bildirir ki, barəsində tərtib olunan protokolda qeyd olunan Volksvagen İD.6 markalı **-RM-*** Dövlət nömrə nişanlı avtomaşın ilə xx.xx.2025ci il tarixində Suraxanı Rayon ərazisində heç bir inzibati xəta törətməmişdir. Hazırda xətanı o törətməyib, ancaq onun adına cərimə gəlib. Cərimə yazan polis ona sübut etməlidir ki, inzibati xətanə məhz o törədib. Onun tərəfindən xəta törədilməyib, maşını kim idarə edir bilmir, ona qısa müddətlik etibarnamə verilmişdir. Maşını kim idarə edibsə, protokol onun barəsində tərtib edilməlidir. O, maşını 3-4 ay əvvəl mülkiyyətçiyə geri qaytarıb. O, protokolu görən kimi tərtib edən orqana müraciət edib yenidən araşdırılma aparılmasını, onun olmadığını bildirmişdir. Burada olan şübhə onun xeyrinə həll etməlidir, cavabdeh tərəf gəlib sükan arxasında onun olduğunu sübut etməlidir. Hesab edir ki, barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ32309516 nömrəli elektron inzibati protokol əsassında qəbul olunmuş qərar qanunvericiliyin normalarının pozulması ilə əsassız olmaqla yanaşı İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələbinə zidd şəkildə onun xəbəri və iştirakı olmadan qəbul olunmuş olduğundan ləğv edilməli və inzibati işə xitam verilməlidir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla X3 İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər onun iştirakı ilə ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Məhkəmə, X3 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda məhkəmə araşdırması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissəsində şikayət təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Baş Dövlət Yol Polis İdarəsinə qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-6373/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-6373/2025
25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver