Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-6375/2025 07.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, X1 Suraxanı Rayon Dövlət X16 inzibati xəta haqqında TP ******* saylı qərarından verdiyi şikayətə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 həmin şikayət ilə məhkəməyə müraciət edərək bildirir ki, Bakı şəhər X19 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 13 noyabr 2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, V.Balandin küçəsində “KİA SORENTO” markalı, 77RN031 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkət edən zaman nəqliyyat vasitəsi Yol Patrul Xidməti əməkdaşı tərəfindən dayandırılmış və Suraxanı rayon DYPŞ-nin Yol Patrul Xidməti İnspektoru Polis X4 tərəfindən yolayrıcını keçmə qaydalarının pozulması” əsas göstərilərək barəsində inzibati protokol tərtib olunmuşdur. Suraxanı rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarı ilə barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, 100,00 (yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Qeyd etdiyi hallara əsasən hesab edir ki, qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Protokol və qərarda qeyd olunanları təsdiq edən hər hansı sübut olmadan, habelə qanuna zidd olaraq əldə edilmiş formal sübutlar əsasında cərimə tətbiq olunmuşdur: 1) Belə ki, xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda inzibati xəta hadisəsi kimi ‘‘yolayrıcını keçmə qaydalarının pozulması” faktı qeyd olunur. Lakin nəqliyyat vasitəsilə hərəkət zamanı onun tərəfindən yolayrıcını keçmə ilə bağlı heç bir qayda pozulmamış və bunu sübut edən heç bir fakt ona təqdim olunmamışdır. Sözügedən faktla bağlı bildirir ki, hərəkət zamanı yolayrıcını keçmə qaydalarına onun tərəfindən tam riayət olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən: -8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. -8.2.İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3.İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar: -135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; -135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi. Qeyd olunan müddəalara əsasən, bildirir ki, işin faktiki halları düzgün müəyyən edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş və nəticədə aidiyyəti orqan tərəfindən yanlış qərar qəbul edilmişdir. Bundan başqa, inzibati xəta hadisəsinin bilavasitə aşkar edilməsi zamanı Suraxanı rayon DYPŞ-nin Yol Patrul Xidməti İnspektoru Polis X4 tərəfindən “Yol-patrul xidməti haqqında” Təlimatın 4.3 və 6.8-ci bəndlərinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, “Yol-patrul xidməti haqqında” Təlimatın 4.3 və 6.8-ci bəndlərinə əsasən: -4.3. Patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu İlə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır. -6.8. Şəhərkənarı yollarda, stasionar postlarda və sutkanın qaranlıq vaxtında xidmət aparılması üçün təyin olunan naryadın tərkibi iki nəfərdən az olmamalıdır. Sutkanın qaranlıq vaxtında patrul avtomobillərində xidmətin aparılması zamanı sayrışan işıqlar İşlək vəziyyətdə olmalıdır. Lakin qanunvericiliyin tələblərinə baxmayaraq, sutkanın qaranlıq vaxtı Polis X4 tərəfindən idarə olunan patrul avtomobilində sayrışan işıqlar işlək vəziyyətdə deyildi. Qaranlıq vaxtda hərəkətdə olarkən patrul maşınını görməsi qeyri-mümkün idi. Bundan əlavə, sutkanın qaranlıq vaxtı olsa da, patrul xidməti tək tərkibdə aparılırdı və o, bununla bağlı polis inspektoruna iradımı bildirdikdə o iddia etdi ki, belə bir tələb mövcud deyil və xidmət qanunauyğun qaydada aparılır. Göründüyü kimi, inzibati xətanın olub-olmaması müəyyən edilərkən qanunun tələbləri müxtəlif formalarda bir neçə dəfə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 53.2 və 76.2 maddələrinə əsasən isə inzibati xətanın olub-olmaması müəyyən edilərkən qanuna zidd olaraq sübutların əldə edilməsinə yol verilmir və başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir: -53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. - 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Yekun olaraq istinad olunan hallara əsasən hesab edir ki, Suraxanı rayon DYPŞ-nin xx.xx.2025ci il tarixli, TP ******* saylı qərarı inzibati tənbehin tətbiqi üçün heç bir sübut olmadan, təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş həqiqətə uyğun olmayan sübutlardan istifadə edilərək qəbul edildiyinə görə ləğv olunmalıdır. Bakı şəhər X19 İdarəsinin Bakı şəhər X19 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarı qərarının ləğv edilməsini xahiş etmişdir. X3 ərizə ünvanlayaraq işin halları ilə bağlı təqdim edilmiş sübutlar işə mahiyyəti üzrə baxılmasına kifayət edir, iclas saatının iş saatı ilə üst-üstə düşməsini və icazə ala bilməyəcəyini nəzərə alaraq məhkəmə iclasının iştirakı olmadan keçirilib şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Suraxanı Rayon Dövlət X18 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndə məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunması üçün əsaslıdır. İş materiallarında olan Suraxanı Rayon Dövlət X16 TP ******* saylı inzibati tənbeh tətbiq etmə barədə qərarına əsasən X6 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-cü maddəsi ilə 100 manat məbləğində cərimə edilməsi haqqında Suraxanı Rayon Dövlət X16 inzibati tənbeh vermə haqqında TP ******* saylı inzibati qərarı ilə işin faktiki halları arasında uyğunsuzluqlar yaranmışdır. Belə ki, şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdirdə təqsirin mövcud olubolmadığıı müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Belə ki, X7 şikayətində bildirir ki, xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda inzibati xəta hadisəsi kimi ‘‘yolayrıcını keçmə qaydalarının pozulması” faktı qeyd olunur. Lakin nəqliyyat vasitəsilə hərəkət zamanı onun tərəfindən yolayrıcını keçmə ilə bağlı heç bir qayda pozulmamış və bunu sübut edən heç bir fakt ona təqdim olunmamışdır. Sözügedən faktla bağlı bildirir ki, hərəkət zamanı yolayrıcını keçmə qaydalarına onun tərəfindən tam riayət olunmuşdur. İşin faktiki halları düzgün müəyyən edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş və nəticədə aidiyyəti orqan tərəfindən yanlış qərar qəbul edilmişdir. Bundan başqa, inzibati xəta hadisəsinin bilavasitə aşkar edilməsi zamanı Suraxanı rayon DYPŞnin Yol Patrul Xidməti İnspektoru Polis X4 tərəfindən “Yol-patrul xidməti haqqında” Təlimatın 4.3 və 6.8-ci bəndlərinin tələbləri kobud surətdə pozulmuşdur. Sutkanın qaranlıq vaxtı Polis X4 tərəfindən idarə olunan patrul avtomobilində sayrışan işıqlar işlək vəziyyətdə deyildi. Qaranlıq vaxtda hərəkətdə olarkən patrul maşınını görməsi qeyrimümkün idi. Bundan əlavə, sutkanın qaranlıq vaxtı olsa da, patrul xidməti tək tərkibdə aparılırdı və o, bununla bağlı polis inspektoruna iradımı bildirdikdə o iddia etdi ki, belə bir tələb mövcud deyil və xidmət qanunauyğun qaydada aparılır. Göründüyü kimi, inzibati xətanın olub-olmaması müəyyən edilərkən qanunun tələbləri müxtəlif formalarda bir neçə dəfə pozulmuşdur. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X10 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM- nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə həmçinin hesab edir ki, Suraxanı Rayon Dövlət X16 inzibati tənbeh vermə haqqında TP ******* saylı qərar qəbul edilsə belə, həmin inzibati xətaya dair foto və yaxud video materiallar əlavə edilməmişdir. Həmin uyğunsuzluqların və X6 tərəfindən inzibati xətanın törədilib-törədilməməsinə, təqsirinin olmasına dair şübhələrin aradan qaldırılmasının təmin olunması məqsədi ilə həmin inzibati materialın Suraxanı Rayon Dövlət X17 əlavə araşdırılması zəruridir. Hazırkı vəziyyətdə X5 hərəkətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması müəyyən edilərsə iş üzrə qərarın ləğv edilməsi haqqında qərar qəbul edir. Bunlara əsasən məhkəmə hesab edir ki, Suraxanı Rayon Dövlət Yol Polis X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilməsinə dair TP ******* nömrəli qərarı ləğv edilməli və əlavə araşdırılma aparılması üçün Suraxanı Rayon Dövlət X18 göndərilməklə, şikayət təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 40, 43, 49-51, 53.0.2, 69,114,128-131 və 333.1-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ Şikayət qismən təmin edilsin. Suraxanı Rayon Dövlət Yol Polis X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilməsinə dair TP ******* saylı qərarı ləğv edilsin və iş yenidən araşdırılması üçün Suraxanı Rayon Dövlət X18 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-6375/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-6375/2025
07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver