Məhkəmə qərarları › İş №3(010)-6378/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-6378/2025

18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-6378/2025 18.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, İmanov Rəşadət Rəvayət oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X1, İnzibati xəta törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs X4 iştirakları ilə xx.xx.1987-ci ildə Qafan rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510cu maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 18 dekabr 2025-ci il tarixli protokola əsasən vətəndaş Şəxs zərərçəkmiş ictimai yerdə uca səslə küçə söyüşləri söymüş və Hövsan qəsəbəsində narkotik vasitələrin qəbulu ilə məşğul olur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 206 və 510-cu maddələrində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə iclasında Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis leytinantı X3 protokola uyğun izahat verərək bildirdi ki, X2 həyat yoldaşının ona söyüş söyməsi şikayəti ilə polisə müraciət etmişdir. Şəxs müraciət əsasında Hövsan qəsəbəsində yaşadığı yerdən polis bölməsinə gətirilmiş və izahatı alınmışdır. Bölmədə olan zaman onun barəsində narkotk vasitənin qəbuluna görə şübhə yaranmış və narkoloji dispanserə yoxlanış məqsədi ilə göndərilmiş, verilmiş rəy əsasında onun narkotik vasitə qəbul etməsi öz təsdiqini tapmışdır. Hər iki tərəfin izahatı alınıb və hər iki şəxs Şəxs narkotik vasitə istifadə etdiyini təsdiq etmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206 və 510-cu maddələrində nəzərdə tutulan əməli törətdiyinə görə inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində göstərdi ki, polisin izahatında qeyd etdiklərinə etiraz etmir, narkotik vasitədən qəbul edib, lakin onda asılılıq yoxdur, təxminən 1,5 ay narkotikdən istifadə edib. Suğra Ağayevanın evinə yalnız 1 dəfə Qurban bayramında qurbanlıq ət payı vermək üçün qalxmış, həmin vaxtda da bacısı evdə olduğu üçün qəbul etməmişdir. Onun narahat etmək niyyəti olmamış, ayrıldıqdan sonra da 1-2 dəfə birlikdə olduqları üçün onun yanına getmək istəmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs X6 izahat verərək bildirdi ki, onun bu şəxslə 1-1,5 il münasibəti olmuş, son 8-9 aydır ki, münasibəti bitmişdir. Hazırda onunla bağlı deyilənlərdən xəbəri olmamış, şəxsin narkotik vasitə istifadə etdiyini bilməmişdir. Onun müraciəti yalnız şəxsin onu narahat etməsinə görə müraciət edib. Şəxs onu məhlədə gözləmiş, aralarında təhqiramiz ifadələr olmuşdur, bir neçə qonşu da bunu görmüşdür, ancaq hər kəsin içində ona nalayiq ifadələr deməmişdir. Dəfələrlə onun evinə gəlib məcburi içəri girməyə çalışmışdır, anası qoymamış, səs-küy salmışdır, buna qarşı qonşu şahid olmuşdur. Blokun qarşıısnda maşında onu gözləmiş, o da şəxsin ona nəsə etməsindən qorxmuşdur, ancaq şəxs ona heç vaxt əl-qol atmayıb və ya şantaj etməyib, onu döyməyib, sadəcə narahat etməsi və 1-2 dəfə evinə gəlmək istəməsinə görə o polisə müraciət etmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510 və 206-cı maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarında olan “Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyi” Publik hüquqi şəxsi tərəfində verilmiş 7844 nömrəli 18 dekabr 2025-ci il tarixli ekspert rəyinə əsasən vətəndaş Şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəsissəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 18 dekabr 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində qeyd olunanları nəzərə alaraq Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, qərarın surəti Suraxanı rayon prokurorluğuna və ərizəçiyə göndərilməsi, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 206-ci maddəsinə müvafiq inzibati təsir tədbirləri görülməsindən ötrü bölmənin aidiyyəti əməkdaşına verilməsi, toplanmış material saxlanması üçün Suraxanı RPİ-nin 30cu PŞ-nin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 1/13620 nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs narkotik maddələrin istifadə etməsi faktı müəyyən olunmuşdur. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə «Eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər». Həmin qərarın nəticəvi hissəsinin 1-ci bəndinə əsasən «Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir». Azərbaycan Respublikası İXM-nin 101.3 və 102.5-ci maddələrinə əsasən inzibati araşdırma aparıldığı halda inzibati xəta haqqında protokol bir aydan artıq olmayan müddətdə tərtib olunur. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hallar mövcud deyil. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmamasını, işin faktiki hallarını, o cümlədən vətəndaşa qarşı nalayiq ifadələr söylədiyini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 510 və 206cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan əməli törətməsi ərizəçi X4 izahatı, Suraxanı RPİ-nin 30-cu PŞ-nin xx.xx.2025-ci il tarixli raportu, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan əməli törətməsi məhkəmə-tibb ekspertizasının 7844 nömrəli 18 dekabr 2025-ci il tarixli rəyi ilə öz təsdiqini tapmışdır. İnzibati xətanı törətməsi işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: 1. Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi az miqdarda narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. 2. Bu maddədə “az miqdarda” dedikdə, narkotik vasitələrin və psixotrop maddələrin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3, 40, 43, 48-51, 114, 115-117, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206 və 510-cu maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı, inzibati qaydada tutulduğu tarixdən, yəni xx.xx.2025-ci il tarixdən saat 18:45-dan hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar