Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-638/2020 31.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X8 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Şəfəq küçəsi, 25 nomrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, xx xxx 2020-ci il tarixdə, saat 17:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Ford Transit” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi istiqamətində saatda təxminən 70 kilometr sürətlə hərəkət edən zaman eyni hərəkət zolağı ilə ondan öndə hərəkət edən X1 idarə etdiyi “VAZ 2107” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə X2 oynaqda hərəkət məhdudluğu ilə müşaiyət olunan sol dirsək oynağının və sol bazunun şişkinlik və sıyrığı, səthi kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri almışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında xx xxxx 2016-cı il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, “Ford Transit” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx xxx 2020-ci il tarixdə, təxminən saat 17:00 radələrində idarə etdiyi avtomobillə Hövsan qəsəbəsi istiqamətindən Xəzər rayonu, Türkan qəsəbəsi istiqamətində saatda 70 kilometr sürətlə hərəkət edən zaman eyni hərəkət zolağı ilə ondan öndə hərəkət edən “VAZ 2107” markalı avtomobil sola dönərkən, idarə etdiyi avtomobilin qabaq hissəsi ilə “VAZ 2107” markalı avtomobillə toqquşmuş və nəticədə adını sonradan bildiyi həmin “VAZ 2107” markalı avtomobilin sürücüsü X2 xəsarət aldığına görə təcili tibbi yardım vasitəsi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılmışdır. Bir müddət sonra isə hadisə yerinə polis əməkdaşları gəlib müvafiq araşdırma aparmışlar. Şəxs həmçinin göstərdi ki, hadisə zamanı ayıq olmuş, idarə etdiyi avtomobildə yük olmamışdır. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmiş və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş üzrə zərəçəkmiş şəxs X1 ibtidai araşdırma zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, xx xxx 2020-ci il tarixdə, təxminən saat 17:00 radələrində özünə məxsus “VAZ 2107” markalı, ** KO ***” dövlət qeydiyyat nişanlı avtomobillə Hövsan qəsəbəsi istiqamətindən Xəzər rayonu, Türkan qəsəbəsi istiqamətində hərəkətdə olan zaman sola dönərkən, anidən arxadan eyni hərəkət zolağı ilə hərəkət edən “Ford Transit” markalı yük avtomobili əks hərəkət zolağına çıxaraq onun avtomobilinin sol qabaq hissəsi ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığı üçün təcili tibbi yardım vasitəsi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılmışdır. Orada müayinə olduqdan sonra evə buraxılmışdır. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx xxx 2020-cu il tarixli protokoldan və ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi sxemindən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində baş vermişdir. İş materiallarında olan xx xxx 2020-cu il tarixli, 1/1228 nömrəli “Sərxoşuluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, yol nəqliyyat hadisəsi zamanı Şəxs ayıq olmuşdur. İş materiallarında olan AD seriyalı, 134303 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, “Ford Transit” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 məxsusdur. İş materialalrında olan xx xxxxxx 2019-cu il tarixli, ƏN-İV seriyalı, 902708 nömrəli etibarnamənin kserosurətindən görünür ki, X6 mülkiyyətində olan “Ford Transit” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx xxxx 2029-cu il tarixədək idarə etməyi, xx xxxx 2019-cu ildə verilmiş AC seriyalı, 743840 nömrəli sürücülük vəsiqəsi üzrə Azərbaycan Respublikası vətəndaşı Şəxs etibar etmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxx 2020-ci il tarixli, 448 saylı rəyindən görünür ki, X1 bədən səthində oynaqda hərəkət məhdudluğu ilə müşaiyət olunan sol dirsək oynağının və sol bazunun şişkinlik və sıyrığı, səthi kəsilmiş yaraları xəsarətləri aşkar edilmişdir. Qeyd edilən şişkinlik və sıyrıq bərk küt əşyanın, səthi kəsilmiş yaralar iti kənara malik əşyanın (əşyaların, ola bilsin şüşə qəlpəsi) təsirindən törənmişlər, xx xxx 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon X5 Şöbəsinin təhqiqatçısı X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxsn barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilmiş və tərəflərə vurulmuş maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. AC seriyalı, 743840 nömrəli sürcülük vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-638/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-638/2020
31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver