Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-638/2021 26.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, 24 avqust 2001-ci il tarixdə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, Tovuz rayonu, Qovlar şəhəri, M.Hüseyn küçəsi, 96 nömrəli evdə qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 04 aprel 2021-ci il tarixdə, saat 18:40-da, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, dostu X1 atası X5 məxsus “Lexus LX470” markalı, ** XG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən Bülbülə qəbirstanlığının yaxınlığında manevr etmə qaydalarını pozaraq idarəetməni itirib həmin qəbirstanlıqda olan qəbir daşlarına çırpılmış və yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Yol-nəqliyyat hadisəsi zamanı Bülbülə qəbirstanlığında olan qəbir daşları yararsız hala düşməsi nəticəsində X6, X7 və X9, habelə “Lexus LX470” markalı, ** XG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5 maddi zərər vurulmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 327.6 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında 21 aprel 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xətaların törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, inzibati xətaları törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu və inzibati xəta nəticəsində vurulmuş maddi ziyanı tam ödədiyinə görə zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Sonda Şəxs məhkəmədən cavanlığını nəzərə alaraq, barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 332.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206– 208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” siyahısının 2 və 2.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211, 322.0.2, 322.0.4(taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə), 322.0.8, 323, 326-1, 327.1 – 327.7, 329 – 331, 332.1 – 332.3, 333.1, 334.1, 335.1 – 335.4, 336, 337.1 – 337.4, 338.1 – 338.6, 339.1, 342.1.1 – 342.1.8, 342.1.11, 342.2 – 342.7, 343.1, 343.4, 344, 345, 347, 350.1 (Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq), 352.0.1, 352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1 – 353.4, 353.6, 354.0.7, 355, 356, 428.5, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə) və 469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində, Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, Məcəllənin 346-1.1 və 346- 1.5-ci maddələrində, habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1, 322.0.7, 322.0.9, 322.0.10, 342.1.9, 346, 346-1.2–346- 1.4, 348, 350.2, 352.0.2, 352.0.4, 352.0.5, 352.0.7–352.0.10, 354.0.1–354.0.6 və 354.0.8– 354.0.10-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən Məcəllənin 124.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar edildikdə) – Baş X18 İdarəsinin rəisi, onun müavinləri, Baş X18 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X18 İdarəsinin rəisi, ərazi polis orqanlarının X18 idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının X18 bölmələrinin rəisləri, ərazi polis orqanlarının X18 qruplarının rəhbərləri baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Göründüyü kimi hazırki iş üzrə törədilmiş inzibati xətalardan biri, yəni Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxmaq rayon (şəhər) məhkəmələrinin, digərləri isə yəni Azərbaycan Respublikası İXM-in 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq Baş X18 İdarəsinin rəisinin, onun müavinlərinin, Baş X18 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisinin, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X18 İdarəsinin rəisinin, ərazi polis orqanlarının X18 idarələrinin, şöbələrinin rəislərinin, onların müavinlərinin, ərazi polis orqanlarının X18 bölmələrinin rəislərinin, ərazi polis orqanlarının X18 qruplarının rəhbərlərinin səlahiyyətinə aiddir. Qanunvericiliyin tələbinə əsasən məhkəmənin Azərbaycan Respublikası İXM-in 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti olmadığından hazırki iş üzrə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə münasibətdə qiymət verilməlidir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X15 inspektoru X2 göstərdi ki, Şəxs, 04 aprel 2021-ci il tarixdə, saat 18:40-da, dostu X1 atası X5 məxsus “Lexus LX470” markalı, ** XG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən Bülbülə qəbirstanlığının yaxınlığında manevr etmə qaydalarını pozaraq idarəetməni itirib həmin qəbirstanlıqda olan qəbir daşlarına çırpılmış və yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Yol-nəqliyyat hadisəsi zamanı Bülbülə qəbirstanlığında olan qəbir daşları yararsız hala düşməsi nəticəsində X6, X7 və X9, habelə “Lexus LX470” markalı, ** XG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5 maddi zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sənədləri yoxlanılan zaman sürücü Şəxs nəqliyat vasitəsini, idarə etmək hüququ olmadan idarə etdiyi məlum olmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 327.6 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta nəticəsində vurulmuş maddi ziyanı Şəxs tərəfindən tam ödənilmişdir. İş materiallarında olan yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, yol nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən Bülbülə qəbirstanlığında baş vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “Lexus LX470” minik markalı, ** XG *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi əzilmiş, habelə qəbir daşlarına ziyan dəymişdir. İş materialalrında olan X3, X4 və X8 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X16 verdikləri yazılı izahatlarından görünür ki, müvafiq olaraq mərhum valideyinlərinin və yaxın qohumlarının qəbir daşlarının yarasız hala düşməsi nəticəsində onlara maddi ziyan dəymiş, sonuncular dəymiş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişlər. İş materiallarında olan AC seriyalı, 308167 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, “Lexus LX470” markalı, ** XG *** dövlət qeydiyyat nişanlı avtomobil X5 məxsusdur. Bununla da məhkəmə iclasında tədqiq edilmiş, yuxarıda göstərilən sübutlarla, eləcə də özünün etiraf edici ifadəsi ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri tam sübuta yetirilir. Belə olan halda Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını və vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsini onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə isə Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında material Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında material Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-638/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-638/2021
26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver