Məhkəmə qərarları › İş №3(010)-6384/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-6384/2025

25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-6384/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X9 qızının katibliyi, X1 iştirakı ilə, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 31792949 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 31792949 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə X5 etibarnamə ilə idarə etdiyi **-HV-*** dövlət qeydiyyat nişanlı Subaru Forester markalı avtomobil ilə 5.9 - 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında hərəkət etmişdir. Qeyd olunan avtomobilə sonuncu etibarnamə ona (Ramiz Şəmiyevə) verildiyi üçün İXM 327.1-1-ci maddəsi ilə 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. Həmin cərimə EQ seriyalı, 31792949 nömrəli elektron protokolla rəsmiləşdirilmişdir. O, qeyd olunan elektron protokolu qanunsuz hesab edir. Belə ki, onun həmin avtomobili idarə etmək üçün etibarnaməsi olsa da, həmin inzibati xəta törədilən zaman qeyd olunan avtomobili o yox, avtomobilə etibarnaməsi olan oğlu, X5 idarə etmişdir. Rəşad Şəmiyev bunu öz ərizəsi ilə təsdiq edir (əsli əlavə edilir). Qeyd olunanlarla əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Bakı şəhəri üzrə Suraxanı Rayon Polis Bölməsinə yaxınlaşsa da məsələ orada öz həllini tapmamışdır. Məhkəmə iclasında iştirak edən X6 Baba oğlu şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EQ 31792949 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xx.xx.2025-ci il tarixdə saat 07:32-də Z.Bünyadov prospektində idarə etdiyi 90HV631 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir; X3 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, X2 məxsus 90HV631 dövlət nömrə nişanlı Subaru Forester markalı nəqliyyat vasitəsini 05 noyabr 2025-ci il tarixdə etiarnamə ilə bütün gün ərzində o sürmüşdür, eləcə də EQ seriyalı 31792949 nömrəli protokolla rəsmiləşdirilmiş inzibati xətanı o törətmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X7 tərəfindən verilmiş “buraxılmış müddətin bərpa olunmasına” dair ərizə təmin edilmiş, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31792949 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin buraxılması üzrlü hesab edilərək bərpa olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə –yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə X5 etibarnamə ilə idarə etdiyi **-HV-*** dövlət qeydiyyat nişanlı Subaru Forester markalı avtomobil ilə 5.9 - 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında hərəkət etmişdir. Qeyd olunan avtomobilə sonuncu etibarnamə ona (Ramiz Şəmiyevə) verildiyi üçün İXM 327.1-1-ci maddəsi ilə 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. Həmin cərimə EQ seriyalı, 31792949 nömrəli elektron protokolla rəsmiləşdirilmişdir. O, qeyd olunan elektron protokolu qanunsuz hesab edir. Belə ki, onun həmin avtomobili idarə etmək üçün etibarnaməsi olsa da, həmin inzibati xəta törədilən zaman qeyd olunan avtomobili o yox, avtomobilə etibarnaməsi olan X5 idarə etmişdir. Rəşad Şəmiyev bunu öz ərizəsi ilə təsdiq edir. Beləliklə, X7 qeyd edir ki, “Subaru Forester” minik markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnaməsi olsa da, hadisə zamanı həmin avtomobili o, yox, avtomobilə etibarnaməsi olan X5 idarə etmişdir. Bununla bağlı iş materiallarına əlavə edilmiş X3 ərizəsindən görünür ki, “Subaru Forester” minik markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobili 05 moyabr 2025-ci il tarixində etibarnamə ilə bütün gün ərzində o, sürmüş, eləcə də EQ seriyalı 31792949 nömrəli protokolla rəsmiləşdirilmiş inzibati xətanı o, törətmişdir. Belə olduğu halda, hadisə zamanı “Subaru Forester” minik markalı **-HV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X7 tərəfindən idarə edilməsi və İXM-nin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın onun tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan məhkəmə hesab edir ki, şəxsin təqsirli olduğuna dair şübhələr onun xeyrinə həll edilməli və təqsiri sübuta yetirilmədiyindən, X4 barəsində tərtib edilmiş 05 noyabr 2025-ci il tarixli EQ seriyalı 31792949 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1- 1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırda şikayət verilmiş qərarın qəbul edilməsinə əsas olmuş İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta X7 yox, X5 tərəfindən törədildiyindən, şikayət əsaslıdır və buna görə də xx.xx.2025-ci il tarixli, EQ 31792949 nömrəli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31792949 nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar