Məhkəmə qərarları › İş №3(010)-6385/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-6385/2025

25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-6385/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2, X1 iştirakı ilə, DİN-nin BDYPİ-nin 01 oktyab 2025-ci il tarixli EQ seriyalı 31026926 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğvinə dair X2 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: DİN-nin Baş X8 İdarəsinin vəzifəli şəxsi tərəfindən 01 oktyabr 2025-ci ildə qəbul olunmuş EQ seriyalı 31026926 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla X5 Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilmişdir. X5 həmin qərardan Suraxanı Rayon Məhkəməsinə şikayət vermişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə o, etibarnamə ilə idarə etdiyi **-HV-*** dövlət qeydiyyat nişanlı Subaru Forester markalı avtomobili ilə 5.9 - 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında hərəkət etmişdir. Qeyd olunan avtomobilə sonuncu etibarnamə ona verildiyi üçün İXM 327.1-1-ci maddəsi ilə 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. Həmin cərimə xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31026926 nömrəli elektron protokolla rəsmiləşdirilmişdir. O, qeyd olunan elektron protokolu qanunsuz hesab edir. Onun həmin avtomobili idarəetmək üçün etibarnaməsi olsa da həmin inzibati xəta törədilən zaman qeyd olunan avtomobili o, yox, avtomobilə etibarnaməsi olan X4 idarə etmişdir. Rəşad Şəmiyev bunu öz ərizəsi ilə təsdiq edir. Qeyd olunanlarla əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Bakı şəhəri üzrə Suraxanı Rayon Polis Bölməsinə yaxınlaşsa da məsələ orada öz həllini tapmamışdır. X5 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 izahatında bildirmişdir ki, “Subaru Forester” minik markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobili 01 oktyabr 2025-ci il tarixində etibarnamə əsasənda o, idarə etmişdir. Bu səbəbdən şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş DİN-nin BDYPİ nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə DİN-nin BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar; 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, X5 qeyd edir ki, “Subaru Forester” minik markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnaməsi olsa da, hadisə zamanı həmin avtomobili o, yox, avtomobilə etibarnaməsi olan X4 idarə etmişdir. Bununla bağlı iş materiallarına əlavə edilmiş X1 ərizəsindən görünür ki, “Subaru Forester” minik markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobili 01 oktyabr 2025-ci il tarixində etibarnamə ilə bütün gün ərzində o, sürmüş, eləcə də EQ seriyalı 31026926 nömrəli protokolla rəsmiləşdirilmiş inzibati xətanı o, törətmişdir. Belə olduğu halda, hadisə zamanı “Subaru Forester” minik markalı **-HV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X5 tərəfindən idarə edilməsi və İXM-nin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın onun tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan məhkəmə hesab edir ki, şəxsin təqsirli olduğuna dair şübhələr onun xeyrinə həll edilməli və təqsiri sübuta yetirilmədiyindən, X2 barəsində tərtib edilmiş 01 oktyab 2025-ci il tarixli EQ seriyalı 31026926 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1- 1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X2 barəsində tərtib edilmiş 01 oktyab 2025-ci il tarixli EQ seriyalı 31026926 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar