Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-6397/2025 22.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Suraxanı rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin sahə inspektoru X3, zərərçəkmiş şəxs X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1984-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsi tərəfindən təqdim olunmuş 22 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin təhqiqatçısı, polis mayoru Namiq Məmmədovun «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 13 dekabr 2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi, ev 23-də yaşayan X5 xx.xx.2025-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20:30-da yaşadığı evin qarşısında keçmiş kürəkəni Şəxs bıcaqla qızı X1 üzərinə hücum etdiyini gördükdə o, onun qarşısına keçmiş və bu vaxtı Sahil təpiklə sağ ayağına zərbə vurmuşdur. O, yerə yıxıldıqda sol əlindəndə xəsarət almışdır. Yerdən qalmaq istədikdə Sahil bu dəfə başına təpiklə zərbə vurub oradan qaçıb getmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Suraxanı rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin sahə inspektoru X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, X5 onun keçmiş qayınanasıdır. X4 ilə 2017-ci il tarixdə ailə həyatı qurmuşdur. 2025-ci ilin sentyabr ayında rəsmi şəkildə boşanmışlar. Boşansa da həftədə bir dəfə övladları ilə görüşür. xx.xx.2025-ci il tarixində saat 14:00-da keçmiş həyat yoldaşı Şəbnəm yaşadığı evin qarşısına getmiş və oradan iki övladını götürüb özü ilə aparmışdır. Həmin gün 20:30-da Şəbnəmə zəng vurmuş, uşaqlaı evin qarşısına gətirdiyi, küçəyə çıxıb onları qarşılamasını bildirmiş, bu zaman Şəbnəmin ona uşaqları “Şəhid bulağı” adlanan yerə qoymasını bildirdiyini, o da həmin yerdə yerləşən kafeni idarə edən “Afət” adlı şəxslə uşaqlarını göndərdiyini, həmin Afətin də Şəlalənin rəfiqəsi olduğunu, bundan başqa zərərçəkmiş şəxsə qarşı heç bir hərəkət etmədiyini, ümumiyyətlə həmin şəxsi göəmədiyini, göstərilənlərin tamamilə əsassız olduğunu və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X5 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 20:30-da yaşadığı evin qarşısında keçmiş kürəkəni Şəxs bıcaqla qızı X1 üzərinə hücum etdiyini gördükdə o, onun qarşısına keçmiş və bu vaxtı Sahil təpiklə sağ ayağına zərbə vurmuşdur. O, yerə yıxıldıqda sol əlindəndə xəsarət almışdır. Yerdən qalmaq istədikdə Sahil bu dəfə başına təpiklə zərbə vurub oradan qaçıb getmişdir. Sonda o, barəsində protokol tərtib edilmiş şəxsdən şikayətçi olduğunu və qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı yuxarıda qeyd olunan ifadələrlə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, 04 dekabr 2025-ci il tarixli 880 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “X2 məhkəmə-tibbi ekspertizasına, tibbi sənədə əsaslanaraq, hadisə haqqında qərarda göstərilənləri nəzərə alıb və ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlir: X2 bədənində sol əl nahiyəsində qançır və üzərində sıyrıq küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi, ümumilikdə və ayrıayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X2 bədənində müəyyən edilmiş xəsarətlərin sayına, lokalizasiyasına və xarakterinə görə həmin xəsarətin şəxsin özü tərəfindən yetirməsi inandırıcı deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə barəsində icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməməsini özünü müdafiə xarakterli hesab edir və heç bir sübuta əsaslanmır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 22 dekabr 2025-ci il saat 17:10-dan hesablansın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-6397/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-6397/2025
22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver