Məhkəmə qərarları › İş №3(010)-6399/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-6399/2025

06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-6399/2025 06.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X6 qızının katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 32420072 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 32420072 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin texniki vasitələrdən istifadə etməklə elektron qaydada tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli EQ 32420072 nömrəli qərarına əsasən o, Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin Məcəllənin 346.4-cü maddəsi ilə 80 manat miqdarında cərimə və 2 cərimə balı inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərar əsassızdır, prosessual və maddi hüquq normalarının pozulması ilə qəbul olunmuşdur, odur ki, həmin qərar ləğv edilməli, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinin dispozisiyası belədir: “Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə” inzibati tənbeh tətbiq olunur. Belə olan halda mübahisəli qərarın qəbul olunması üçün əsas olmuş fotomateriala nəzər saldıqda görünür ki, yolun hərəkət hissəsində, o cümlədən sağdan ikinci cərgədə hərəkətdə olan avtomaşınların sığlığı yaranmaqla tıxac yaranıb və idarə etdiyi 77MR797 dövlət qeydiyyat nişanlı avtomaşın tıxacda qalıb. Hətta avtomaşının arxa stop işıqları da yanır. Eyni zamanda, avtomaşının qabağında digər avtomaşın vardır ki, onun da arxa stop işıqları yanır. Başqa sözlə, belə bir vəziyyətdə hansı dayanma və durma qaydalarının pozulmasından söhbət gedə bilər? Belə ki, Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi dispozitiv xarakterlidir. Yəni inzibati xəta “Dayanma və ya durma qaydalarının pozulmasını” nəzərdə tutmuşdur. Başqa sözlə, tıxacda dayanma davranışın xarakterini Azərbaycan Respublikası İXM nəzərdə tutmur. Belə olan halda, tərtib olunmuş mübahisəli elektron qərarın əsaslığı dərhal şübhə altında qalır. Belə ki, qərar qəbul edən vəzifəli şəxs vəzifə səlahiyyətlərinə etinadsız yanaşaraq əsassız və qanunsuz qərar qəbul etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda, habelə inzibati xəta tərkibi olmadıqda, bu hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi, tərtib edilmiş protokolda inzibati xəta tərkibinin əlamətləri təsdiqini tapmamışdır. Həmçinin qeyd etmək lazımdır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Belə olan halda, onun əməlində inzibati xəta tərkibi olmamışdır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 38.6-cı maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərara münasibətdə isə həmçinin onun əlavəsi (foto və ya video materiallar), habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz. Lakin mübahisəli qərardan görünür ki, “xəta” xx.xx.2025-ci il tarixdə qeydə alınıb, qərar isə xx.xx.2025-ci il tarixdə qəbul olunmuşdur. Əslində hazırki “xəta” texniki vasitələrin, yəni foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında deyil, həmin ərazidə quraşdırılmış DİN-nin “Təhlükəsiz şəhər” kamerasının vasitəsilə əməkdaş tərəfindən “aşkar” edilmişdir. Başqa sözlə, burada insan faktoru vardır ki, onun da səhv nəticəyə gəlməsi göz qabağındadır. Göründüyü kimi, hazırki mübahisəli inzibati qərar qəbul edilərkən səhvə yol verilərək əsassız cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EQ 32420072 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarışından görünür ki, X3 xx.xx.2025-ci il tarixdə Səbail rayonu, Azadlıq prospektində idarə etdiyi KİA STONİC minik markalı, 77MR797 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir; iş materiallarına KİA STONİC minik markalı, 77MR797 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən çəkilən fotomaterial əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli, EQ 32420072 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla X3 xx.xx.2025-ci il tarixdə Səbail rayonu, Azadlıq prospektində idarə etdiyi KİA STONİC minik markalı, 77MR797 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Beləliklə, X3 qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinin dispozisiyası belədir: “Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə” inzibati tənbeh tətbiq olunur. Belə olan halda mübahisəli qərarın qəbul olunması üçün əsas olmuş fotomateriala nəzər saldıqda görünür ki, yolun hərəkət hissəsində, o cümlədən sağdan ikinci cərgədə hərəkətdə olan avtomaşınların sıxlığı yaranmaqla tıxac yaranıb və idarə etdiyi 77MR797 dövlət qeydiyyat nişanlı avtomaşın tıxacda qalıb. Hətta avtomaşının arxa stop işıqları da yanır. Eyni zamanda, avtomaşının qabağında digər avtomaşın vardır ki, onun da arxa stop işıqları yanır. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi dispozitiv xarakterlidir. Yəni inzibati xəta “Dayanma və ya durma qaydalarının pozulmasını” nəzərdə tutmuşdur. Başqa sözlə, tıxacda dayanma davranışın xarakterini Azərbaycan Respublikası İXM nəzərdə tutmur. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 38.6-cı maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərara münasibətdə isə həmçinin onun əlavəsi (foto və ya video materiallar), habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz. Lakin mübahisəli qərardan görünür ki, “xəta” xx.xx.2025-ci il tarixdə qeydə alınıb, qərar isə xx.xx.2025-ci il tarixdə qəbul olunmuşdur. Əslində hazırki “xəta” texniki vasitələrin, yəni foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında deyil, həmin ərazidə quraşdırılmış DİN-nin “Təhlükəsiz şəhər” kamerasının vasitəsilə əməkdaş tərəfindən “aşkar” edilmişdir. Başqa sözlə, burada insan faktoru vardır ki, onun da səhv nəticəyə gəlməsi göz qabağındadır. Belə olduğu halda, hadisə zamanı X3 tərəfindən İXM-nin 346.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilməsinə əsaslı şübhələr olduğundan məhkəmə hesab edir ki, şəxsin təqsirli olduğuna dair şübhələr onun xeyrinə həll edilməli və təqsiri sübuta yetirilmədiyindən, X2 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32420072 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsaslıdır və buna görə də xx.xx.2025-ci il tarixli, EQ 32420072 nömrəli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32420072 nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar