Məhkəmə qərarları › İş №3(010)-6403/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-6403/2025

06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-6403/2025 06.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, şikayətçi X3 iştirakı ilə, X3 xx.xx.2025-ci il tarixli, EQ 31186882 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində DİN BDYPİ X6 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, EQ 31186882 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəəsbəsi, saat 07:27 radələrində ona 5.12 və 5.13 yol nişanının pozulması ilə bağlı cərimə gəlmişdir. Protokol nömrə EQ 31186882 narazıdır və bununla bağlı 102 və 902 qaynar xəttə dəfələrlə şikayət etmişdir. X10 **-RX-*** maşınına xx.xx.2025-ci il tarixdə həbs qoyulmuşdur. Həmin yerdə olan məsafə 23 metrdir və o qayda pozmamışdır. Ərizəsinə baxılmasını və cərimənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi ərizə təqdim edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixindən etibarən Suraxanı DYP tərəfindən ona məxsus Chevrolet Aveo markalı, **-RX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qanunsuz olaraq həbs qoyulması nəticəsində ciddi maddi, mənəvi və psixoloji zərərə məruz qalmış və bununla əlaqədar iddia qaldırır. Nəqliyyat vasitəsindən gündəlik istifadə imkanı məhdudlaşdırıldığı üçün işə vaxtında çatmaq və gündəlik hərəkətini təmin etmək məqsədilə müntəzəm olaraq taksi xidmətlərindən istifadə etməyə məcbur olmuşdur. İlin sonu və bayram günləri ilə əlaqədar olaraq taksi xidmətlərinin qiymətlərinin əhəmiyyətli dərəcədə artması ona əlavə və ağır maliyyə yükü yaratmışdır. Bununla yanaşı, yaranmış vəziyyət ətrafında olan şəxslərin, iş yoldaşlarının və ailə üzvlərinin ona qarşı psixoloji təzyiq və mənəvi narahatlıq yaratmasına səbəb olmuşdur. “Bu nədir, artıq bu qədər xərc çəkmisən, elə 40 AZN ödəyərdin, hər şey həll olunardı” kimi ifadələr onun mənəvi durumuna, psixoloji vəziyyətinə və əsəb sisteminə ciddi mənfi təsir göstərmiş, ailə daxilində və iş kollektivində münasibətlərinin gərginləşməsinə, emosional sabitliyinin pozulmasına və sosial mühitdə narahatlıq yaşamasına gətirib çıxarmışdır. Hətta hazırda məhkəməyə gəlmək üçün belə əlavə xərc çəkərək taksi xidmətindən istifadə etməyə məcbur qalır. Bu vəziyyət nəticəsində ailə və iş mühitində reputasiyası zədələnmiş, davamlı stress, əsəb gərginliyi və mənəvi sarsıntı yaşamışdır. Cənab Prezidentin də vurğuladığı kimi: “Dövlət qurumları xalqa xidmət etməli, onları incitməməlidir.” Lakin mövcud vəziyyət göstərir ki, o bu gün dövlət qurumunun qanunsuz hərəkəti nəticəsində haqsız yerə maddi və mənəvi zərərə məruz qalmışdır. Nəqliyyat vasitəsinin qanunsuz həbsə alınması nəticəsində yaranmış maliyyə çətinlikləri səbəbindən ailəsilə birlikdə Yeni il istirahətini belə keçirə bilməmişdir. Qeyd edilənləri, həmçinin ona dəyən maddi ziyanı, mənəvi və psixoloji əzabı, ailə və iş kollektivində reputasiyasının zədələnməsini nəzərə alaraq, gələcəkdə yaranacaq məhkəmə xərclərinin və buna bənzər digər zəruri xərclərin Suraxanı DYP tərəfindən ödənilməsini, ona məxsus nəqliyyat vasitəsinə qoyulmuş qanunsuz həbs nəticəsində bu günə dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq Suraxanı DYP tərəfindən 1500 (min beş yüz) AZN məbləğində təzminatın ödənilməsini tələb edir. Maddi təzminatın ödənilməsi ilə əlaqədar məhkəməyə ayrıca müraciət edəcəkdir. Bundan əlavə məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Hövsanda maşınını qeyd etdiyi yerdə saxlamışdır. O maşını hərəkət elətdirdikdən təxminən yarım saat sonra ona mesaj gəlmişdir ki, “dayanacaqdan yaxın məsafədə maşını saxlamışdır”. Onun saxladığı yer ilə dayanacaq arasında 23-25 metr məsafə var. O, dərhal zəng edib 102 xidmətinə şikayət etmiş, əməkdaşların gəlib həmin məsafəni ölçməsini istəmiş, onun xəbəri olmadan cərimə qərarı yazılmışdır. O, dekabr ayınadək həftədə azı 2 dəfə 102 xidmətinə zəng etmiş, DİN-nin rəsmi mail adresinə 2 dəfə yazmışdır. Sonda o, Suraxanı rayon Yol Polis İdarəsinə getmiş və məsafənin zoom (böyüdülərək) edilərək çəkildiyini, normal məsafə ilə çəkilmədiyini bildirərək şikayət etmişdir. Polis ona demişdir ki, “bal cəriməsi gəlmiş qərarı dəyişdirmək səlahiyyətləri yoxdur, məhkəməyə müraciət etsin. O da məhkəməyə müraciət etmişdir. Ona sonradan maşının həbs olunması ilə əlaqəli qərar gəlmişdir. Dayaq ilə nişan arasında məsafə 23 metr, ağac ilə dayaq arasındakı məsafə 25 metrdir. Bunu kim ölçsə məsafə 20 metrdən az olmayacaq. Həmçinin, onun maşınının olmaması ailəsində söz-söhbət yaratmış, işinə gediş-glişində çətinlik yaratmış, hər gün taksidən istifadə etmiş, hətta yeni il bayramında belə istirahət edə bilməmiş, dava-dalaş ilə bayramı keçirmişdir. Onun maşını kamera ilə yaxınlaşma edilib çəkilib, bu isə məsafəni azaldıb, kamera görüntüsündə heç yanında olan oğlan görünmür. O, şikayətlər etmiş, sonda ona mesaj gəlmişdir ki, maşını həbsdədir, cərimə məbləğinin də üzərinə dəbbə pulu gəlir. xx.xx.2025-ci il tarixli, EQ 31186882 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EQ 31186882 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında “Chevrolet Aveo” minik markalı, **- RX-*** dövlət qeydiyyat nəqliyyat vasitəsini idarə edərkən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə barəsində Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə - qırx manat məbləğində cərimə edilir. Qeyd edilən 09 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31186882 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X5 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsinin dispozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş BDYPİ məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də, həmin hadisənin baş vermə şəraiti qeyrimüəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının X6ndə yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından və tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X1 bildirir ki, nəqliyyat vasitəsini çəkən kamera ön plandan çəkdiyinə görə real məsafələri daha qısaldır və nəticə etibarı ilə onun nəqliyyat vasitəsinin və avtobus dayanacağının arasında 23 metrə məsafəsi olduğu halda onu inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən məsafəni 15 metrdən az olduğu kimi göstərmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X7 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi X6 tərəfindən qəbul edilmiş 09 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31186882 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi X4 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair 09 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31186882 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPŞ X2ytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar