Məhkəmə qərarları › İş №3(010)-641/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-641/2020

22.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-641/2020 22.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı,məhkəmə iclasının katibi Abasquliyev Murad Məzahir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Maqsudov Rüfət Əhməd oğlunun və icra sənədi üzrə tələbkar Pirverdiyeva Sevda Müzəffər qızının iştirakı ilə, xx.xx.1975-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, , Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, heç yerdə işləməyən, ünvan 1 mənzil 4 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(004)-502/2013 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Şəxs xx.xx.2007-ci il təvəllüdlü İmanova Nəzrin Zöhrab qızının saxlanılması üçün hər ay 120(yüz iyirmi) manat məbləğində aliment Pirverdiyeva Sevda Müzəffər qızının xeyrinə tutulmalıdır. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, heç yerdə işləmədiyinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(004)-502/2013 nömrəli qətnaməsi ilə qət edilmiş alimenti ödəyə bilməmişdir. Lakin o, ifadəsində bildirmişdir ki, uşağı üçün ara-sıra xərclər çəkmişdir, lakin buna aid qəbzləri yoxdur. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru Maqsudov Rüfət Əhməd oğlu məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, könüllü icra üçün borcluya 10 gün müddətinə vaxt verilmiş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya xx xxxxxx 2014-cü il tarixdə şəxsən təqdim edilmişdir. Eyni zamanda borclunun izahatı alınmış, icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə də məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir.Borclu hər dəfə müxtəlif bəhanələr gətirməklə icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. Belə ki, o hal-hazıradək icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini icra etməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında icra sənədi ürə tələbkar Pirverdiyeva Sevda Müzəffər qızı göstərdi ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin x xxxxxx 2013-cü il tarixli, 2(004)-502/2013 nömrəli qətnaməsinə dair icra sənədi üzrə xx.xx.2007-ci il təvəllüdlü İmanova Nəzrin Zöhrab qızının saxlanılması üçün hər ay 120(yüz iyirmi) manat məbləğində aliment iddiaçı Pirverdiyeva Sevda Müzəffər qızının xeyrinə tutulmalıdır. Lakin borclu müxtəlif bəhanələr, o cümlədən işsiz olduğunu əsas gətirərək icra sənədinin icrasında qərəzli olaraq yayınır. Lakin borclu həmişə biznes fəaliyyəti ilə məşğul olub.Halbuki borclunun heç yerdə işləməməsi onu icra sənədini icra etmək öhdəliyindən azad etmir. Tələbkar həmçinin onu da qeyd etdi ki, o, hər ay borclunun 30(otuz) manat belə ödəniş etməsinə razıdır, buna baxmayaraq borclu bunu da etmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin x xxxxxx 2013-cü il tarixli, 2(004)-502/2013 nömrəli qətnaməsinə dair icra sənədində görünür ki, xx.xx.2007-ci il təvəllüdlü İmanova Nəzrin Zöhrab qızının saxlanılması üçün hər ay 120(yüz iyirmi) manat məbləğində aliment iddiaçı Pirverdiyeva Sevda Müzəffər qızının xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında xx xxxxxx 2014-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin x xxxxxx 2013-cü il tarixli, 2(004)-502/2013 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsində icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx xxxxxx 2014-cü il tarixli bildirişdən və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(004)-502/2013 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmiş, eyni zamanda Şəxs məsuliyyəti barədə məlumatlandırılmışdır. Şəxs icraata başlamaq haqqında qərarı və bildirişi xx xxxxxx 2014-cü tarixdə şəxsən imza etməklə qəbul etmişdir. İnzibati xəta haqqında işə məhkəmə iclasında baxıldığı zaman Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(004)-502/2013 nömrəli icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun icra sənədi onun icraatına daxil olduqdan sonra könüllü icra üçün borcluya 10 gün müddətinə vaxt verilsə, müvafiq məcburi icra tədbirləri görülsə də, borcluya icra sənədinin icrasını təmin etdirməyin mümkün olmadığı, sonuncunun icra sənədi üzrə borcundan hal-hazıradək heç bir ödəniş etmədiyi müəyyən edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini,onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını, yəni borclu Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(004)-502/2013 nömrəli icra sənədi üzrə ümumiyyətlə heç bir ödəniş etmədiyini nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114-115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən, saat 17:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar