Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-6417/2025 15.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X9 qızının katibliyi ilə, xx.xx.1948-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:05-də Xəzər dənizində Makarov bankasının şimal-qərbində sahildən 12 mil məsafədə su-sərhəd rejiminə icazəsiz daxil olmaqla inzibati xəta törətməsi müəyyən olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin səlahiyyətli nümayəndəsi və inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin səlahiyyətli nümayəndəsinin və Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2025-ci il tarixli raportdan görünür ki, 303 nömrəli gəmi tərəfindən xidmət zamanı xx.xx.2025-ci il tarixdə Makarov bankasının şimal-qərbində saat 12:05 radələrində taxta tipli, üzərinə 02 (iki) ədəd “Yamaha-48” mühərriki quraşdırılmış, 17-ci SNB-nin 40-cı yanalma körpüsündən Xəzər dənizinə çıxmış HÖ-1719 bort nömrəli balıqçı qayığı ilə xx.xx.1948-ci ildə Bakı şəhərində anadan olmuş, həmin şəhərdə yaşayan Şəxs, xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, həmin şəhərdə yaşayan X2 və xx.xx.1977-ci ildə Neftçala rayonunda anadan olmuş, həmin rayonda yaşayan X1 təyin olunmuş məsafəni keçdikləri (sahildən 12,0 mil məsafədə su-sərhəd rejimini pozduqları) üçün su-sərhəd rejim pozucusu qismində saxlanılmışdırlar. Sahil Mühafizəsinin işçisi X6 və X3 izahatlarından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:05 radələrində xidməti əraziyə baxış keçirən zaman Makarov bankasının şimalqərbində sahildən 12.0 mil məsafədə AR-ə məxsus HÖ-1719 bort nömrəli balıqçı qayığı aşkar olunaraq tanınmışdır. Balıqçı qayığının 3 nəfər heyət üzvü, Şəxs, X2 və X5 təyin olunmuş məsafəni (12,0 mil məsafədə) keçərək balıq ovu ilə məşğul olduqları üçün SRP qismində rəsmiləşdirilmişdir. Şəxs Sahil Mühafizəsinə ünvanlanmış izahatından görünür ki, “xx.xx.2025-ci il tarixdə saat 08:00 radələrində 40-cı YK-dan balıq ovu məqsədilə dənizə çıxmışam. Dənizin sahilə yaxın ərazilərində balığın olmaması, eləcə də dəniz suyunun səviyyəsi əvvəlki aylara görə aşağı düşməsi səbəbindən sahildən Hövsan SNB-nin 40-cı YK-dan 12,0 mil məsafəyədək uzaqlaşaraq balıq ovu ilə məşğul olmaq niyyətində olmuşam. Balıq ovu ilə məşğul olarkən sərhədçilər tərəfindən saxlanılaraq təyin olunmuş məsafəni icazəsiz keçdiyim üçün qanunla müəyyən edilmiş qaydada rejim pozucusu qismində saxlanılmışam. Sahildən 2,0 mil məsafəyədək dənizə çıxışa icəzənin olması barədə məlumatım var idi. Sərhədçilər tərəfindən bir daha mənə təyin olunmuş məsafəni keçdiyim üçün xəbərdarlıq olundu. Bundan sonra qanunla təyin edilmiş qaydada balıq ovu ilə məşğul olacağıma söz yerirəm.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 571-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə - gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 571-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-6417/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-6417/2025
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver