Məhkəmə qərarları › İş №3(010)-642/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-642/2020

20.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-642/2020 20.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Vəliyev Kazım intiqam oğlunun katibliyi ilə, X2, xx xxx 1966-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 46YJ9MP, evli, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 21 nömrəli evin 49 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, barəsində tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxx 2020-ci il tarixdə X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsini və cərimənin silinməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək hesab edir ki, X4 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 99.1 və 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.4 və 99.4.2-ci maddələrinə əsasən inzibati xata haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildiyi vaxtdan başlanılmış hesab edilir. Beləliklə qanunvericiliyin tələbindən də göründüyü kimi səlahiyyətli vəzifəli şəxs inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halları bilavasitə aşkar etdikdə inzibati xəta haqqında protokol tərtib etməklə inzibati xəta haqqında iş üzrə icraata başlayır, lakin inzibati xəta haqqında protokolun tərtib edilməsi şəxsin inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi anlamı daşımır, sadəcə olaraq inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün bir sübut növü sayılır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. X4 isə barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək əvəzinə barəsində tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan şikayət vermişdir. Hətta X2, şikayətində barəsində tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsini qeyd etsə də, əslində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin polis polkovnik leytenantı X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini nəzərdə tutduğu zənn edilsə belə G.X.Hüseynovanın şikayətinə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma icraat qaydasında baxıla bilməz. Çünki, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Barəsində inzibati qərar çıxarılmış şəxs X2 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin polis polkovnik leytenantı X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərardan şikayət ərizəsi isə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin dəftərxanasına poçt vasitəsilə xx xxxx 2020-ci il tarixdə daxil olmuş, bununla da G.X.Hüseynova sözügedən qərardan qanunla müəyyən edilmiş müddəti ötürməklə şikayət vermişdir. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 120 saylı qərarının 1-ci bəndinə əsasən, koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılması qərara alınmışdır. Həmin Qərarın 4, 4.7 və 4.7.1-ci bənlərinə əsasən bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə məişət xidmətləri üzrə poçt xidmətləri istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilmişdir. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli, 124 saylı qərarının 1.4, 1.4.1- 1.4.3-cü bənlərinə əsasən bu qərarın 1.1, 1.2 və 1.3-cü bənlərində qeyd edilən şəxslərdən başqa bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar, ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar və yaxın qohumunun dəfnində iştirakla əlaqədar yol verilir. Həmin Qərarın 1.5-ci bəndinə əsasən bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir. 1.5.1. 1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 1.5.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir); 1.5.3. 3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli, 144 saylı qərarının 1-ci bəndinə əsasən, Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020ci il 4 may saat 00:00-dək uzadılmışdır. Həmin Qərarının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddət ərzində öz qüvvəsini saxlayır. Həmin Qərarının 3-cü bəndinə əsasən “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəmi və sözü “4 may” rəqəmi və sözü ilə əvəz edilmişdir. Beləliklə X2 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarı rəsmi qaydada aldıqdan sonra “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli, 124 saylı qərarı ilə müəyyən edilmiş qaydada 8103 nömrəsinə SMS məlumat göndərib 2 saat müddətində yaşayış yerini tərk etmək üçün icazə almaqla, şikayət ərizəsini yaşayış yeri üzrə fəaliyyət göstərən poçt şöbəsinə təqdim etmək imkanı olduğu halda, G.X.Hüseynova inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərardan onun qəbul edildiyi vaxtdan 01 ay 27 gün sonra şikayət vermişdir. Buna görə də məhkəmə hesab edir ki, G.X.Hüseynova barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan deyil, inzibati xəta haqqında protokoldan şikayət verdiyinə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində isə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmadığına, habelə Bakı şəhəri Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin polis polkovnik leytenantı X3 tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddətini ötürdüyünə görə onun şikayətinə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma icraat qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılması zamanı hakim inzibati xəta haqqında icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2, barəsində tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardaddan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar