Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-6423/2025 24.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı Orxan Həsənovun, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1951-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, pensiyaçı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X2 döyülməsi ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı Orxan Həsənov protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirdi ki, Şəxs və X7 arasında mübahisə baş vermiş, Şəxs X1 yumruqla vuraraq yerə yıxmış, sonra baş nahiyəsindən zərbələr endirmişdir. Bundan sonra bir daha onlar arasında mübahisə olmuş, Şəxs X5 zərbələr vurmuşdur. Göstərilənlərə əsasən Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında çıxış edərək, Şəxs onu döyərək xəsarət yetirdiyini, Şəxs şikayətçi olduğunu bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək qeyd etdi ki, X7 onu daima söyüşlə təhqir edir, daima onunla mübahisə edir. Nargilə İsayeva soyuq silahla onun üstünə gələndə o, özünü qorumaq üçün Nargilə İsayevanı itələmişdir, Nargilə İsayevanı döyməmişdir. Buna görə də barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X10 tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 330 saylı rəydən görünür ki, 1959-cu il təvəllüdlü vət.X2 bədənində aşkar edilmiş xəsarətlər - hər iki bazu, sağ said, döş qəfəsinin ön səthi nahiyələrində qançırlar, hər iki bazu, döş qəfəsinin ön səthi, sağ said, sağ mil-bilək oynağı, sağ əl nahiyələrində qançırlar, başın sağ təpə, üst dodaq, alt çənə, sağ əlin İV barmağı və sağ sarğı nahiyələrində qançırlar, alt dodağın selikli qişasında qansızma küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qeyd olunan xəsarətlərdən hər iki bazu, sağ said, döş qəfəsinin ön səthi nahiyələrində qançırlar ekspertizanın keçirildiyi vaxtdan (xx.xx.2025-ci il) 7-8 gün əvvələ uyğun gəlməklə müayinə olunanın göstərdiyi xx.xx.2025-ci il tarixə zidd deyil, digər xəsarətlər isə qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə və şəraitlərdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdilər, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir; X7 tərəfindən Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə verilən xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, o, 1978-ci ildən Şəxs ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan 3 övladı dünyaya gəlmişdir. Son zamanlar aralarında müxtəlif məsələlər səbəbindən mübahisələr baş verir. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Aslanla aralarında yenidən mübahisə yaranmışdır. Yaşadıqları evdə Aslan onun sinəsindən yumruqla zərbə endirmişdir. Daha sonra onu yerə yıxmış, sağ qolunu ayağı ilə əzmişdir. Daha sonra başından ayağı ilə zərbələr endirmişdir. Daha sonra aralarında mübahisə dayanmışdır. O, heç bir dövlət qurumuna məlumat verməmişdir. xx.xx.2025-ci il tarixdə saat 16 radələrində yaşadıqları evdə olan zaman qaz yandırmağı səbəbindən aralarında yaranmış mübahisə zəmnində Aslan onu yenidən döyməyə başlamışdır. Onu təhqir etmişdir. Əli ilə onun üst dodağına zərbə endirmişdir. Sinəsinə əli ilə zərbə endirmişdir. Daha sonra evdən çıxmışdır. O, qapını kilidləmişdir. Aslan evin pəncərəsinin dəmir barmaqlarını sındırmışdır. O da AR DİN-in 102 ZMX-nə məlumat vermişdir. Aralarında baş verən mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 6(010)-34/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, şikayət təmin edilmiş, Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Kənan Bayramlı tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərar qanunsuz hesab edilmiş və ləğv edilmiş; X2 şikayətində göstərdiyi və hazırkı qərarın təsviri- əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması; qərarın surətinin araşdırmanın davam etdirilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə göndərilməsi qərara alınmışdır; cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş; Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin PB-nin aidiyyəti əməkdaşına həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda Şəxs X6 vurması faktı müəyyən edilmiş, Şəxs həmin qərarı mübahisələndirməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X2 döyülməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İsayev X3 Xətalar Məcəlləsinin 157-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – İsayev X3 Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-6423/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-6423/2025
24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver