Məhkəmə qərarları › İş №3(010)-643/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-643/2020

23.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-643/2020 23.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, tələbkar X2 iştirakı ilə xx xxxxxx 1987-ci Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tərtib etdiyi xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxx 2016-cı ildə verilmiş xx xxx 2016-cı il tarixli 2(010)-5145/2016 nömrəli icra vərəqəsinə əsasən Şəxs iddiaçı X2 xeyrinə 3500 ABŞ dolları borc pul və 1000 manat məbləğində mənəvi ziyan tutulmalıdır. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədi xx xxxx 2017-ci ildə şöbəyə daxil olmuş və müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. İcra sənədi üzrə borclu Şəxs tələbin yönələ biləcəyi əmlakının aşkar edilməsi üçün sorğularla müvafiq qurumlara müraciət edilmiş, lakin tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. O, icra sənədini icra etməkdən üzrlü səbəb olmadan yayındığına görə barəsində xx xxxxxx 2017-ci ildə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək Suraxanı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Borclu məhkəmədə söz vermişdir ki, qısa müddət ərzində borcunun bir hissəsini ödəyəcək. Bununla əlaqədar işin məhkəmə baxışı təxirə salınmış, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs gəlmədiyinə görə məhkəmə onun məcburi gətirilməsinə dair qərar qəbul etmişdir. Şəxs xx xxxx 2018-ci ildə tapıb məhkəməyə təqdim etmək mümkün olmuş və o, Suraxanı Rayon Məhkəməsinin eyni tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat miqdarında cərimə edilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bundan sonra da heç bir ödəniş etməmiş, əksinə yenə də gizlənməyə başlamışdır. Bu səbəbdən onun barəsində axtarış qərarı qəbul edilərək icra olunması üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilmişdir. xx.xx.2020-ci ildə borclu Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir. Borclu indiyədək borcundan heç bir ödəniş etməyib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədini icra etmədiyini maddi imkansızlığı ilə izah etmişdir. Tələbkar X3 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, əslində Şəxs borcu ödəməsi üçün kifayət qədər maddi imkana malikdir. Buna baxmayaraq o, uzun müddətdir ki, ümumiyyətlə heç bir ödəniş etməyib. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş məbləği üzrsüz səbəbdən ödəməmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən onu da nəzərə alır ki, borclu ötən müddət ərzində heç bir hətta kiçik məbləğdə belə ödəniş etməyib. Göstərilənlərə əsasənŞəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, Şəxs himayəsində yetkinlik yaşına çatmamış uşağının olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar