Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-6437/2025 26.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin Hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X5 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin sahə rəisi, mayor Bərzu Həşimovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx xxxx 1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ticarət işi ilə məşğul olan, Masallı rayonu, Ərkivan qəsəbə Ə/D, Ərkivan Qəsəbəsi ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, 25 dekabr 2025-ci ildə inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsindən daxil olmuş 26 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 25 dekabr 2025-ci ildə ünvan 2 ünvanında yaşayan “Oba” marketdə 1 ədəd araq və kolbasa oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək həqiqətən də yuxarıda təsvir olunmuş oğurluğu etdiyini bildirmişdir. Müvafiq əməli ehtiyac ucbatından törətmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 video görüntülərdəki ikinci şəxsin mağazanın daimi müştərisi olduğunu, həmin şəxsin hadisə vaxtı mağazada Şəxs ilə ayaqüstü söhbət etdiklərini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun öz izahatı ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli, 001244 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:50-də inzibati qaydada tutulmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ƏÇPA-nın 7-ci patrul bölüyünün polis nəfəri, polis serjantı X1 vətəndaş Şəxs barəsində tərtib etdiyi raport əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının CPM-nin 39.1.2-ci maddəsində əsasən rədd edilməsi və X3 etdiyi müraciət əsasında toplanmış material üzrə X2 əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddsəsinin tərkib əlamətləri olduğundan qeyd edilən edilən əməli törətmiş şəxsin Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə qəbul edilmiş qərarın icra olunması üçün 32-ci PB-nin aidiyyəti əməkdaşına verilməsi, qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi, qərarın surətinin maraqlı tərəfə göndərilməsi və qərarla razı olmadığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna, yuxarı prokurora və ya məhkəməyə şikayət vermək hüququnun olmasının izah edilməsi, materialın saxlanılması üçün Suraxanı RPİ-nin 32-ci PB-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. X4 tərəfindən Suraxanı RPİ-nin 32-ci PŞ-nin rəisi polis polkovnik-leytenantı Samir Çobanova ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X4 25 dekabr 2025-ci il tarixində rəhbərlik etdiyi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən mağazasında naməlum şəxsi, ümumilikdə 40 manat dəyərində 1 ədəd araq, 1 ədəd kolbasa oğurlayarkən tutduğunu bildirərək, məsələ ilə bağlı qanuni tədbirlərin görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini səmimi etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) saat müddətinə ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №3(010)-6437/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-6437/2025
26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver