Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-644/2020 24.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ xx xxxx 2020-ci il Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxxx 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərtib etdiyi xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2610/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində və məhkəmənin 2(010)-1678/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən isə xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Fəxrətova (Aslanova) Əfsanə Yusif qızının xeyrinə və 30 (otuz) manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Şəxs həmin qətnamələrin icrasından yayınaraq icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, müvafiq icra sənədi üzrə xx.xx.2019-cu il və xx.xx.2020 il tarixdə icraata başlamaq haqqında qərar verilmiş, borcun 10 gün müddətində könüllü ödənilməsi ilə bağlı borclu Şəxs oğluna bildirişlər göndərilmişdir. Borclu xx.xx.2019-cu il tarixində şöbəyə gələrək məhkəmə qərarının icraya yönəldilməsindən məlumatsız olduğunu, lakin tez bir zamanda yığılmış borclarını tələbkarın xeyrinə ödəyəcəyini bildirmişdir. Bundan sonra borclu xx.xx.2019-cu il tarixdə 200 (iki yüz) manat, xx.xx.2019-cu il tarixdə 200 (iki yüz) manat, xx.xx.2019-cu il tarixdə 200 (iki yüz) manat, xx.xx.2019-cu il tarixdə 200 (iki yüz) manat və xx.xx.2019-cu il tarixdə 200(iki yüz) manat olmaqla, ümumilikdə 1000 (bir min) manat məbləğində aliment pulunu tələbkarın xeyrinə ödəmişdir. İcra sənədi üzrə tələb borclu tərəfindən tam olaraq təmin edilmədiyindən o, xx.xx.2019-cu il tarixdə yenidən şöbəyə dəvət olunaraq izahatı alınmışdır. Borclu izahatında maddi imkanının zəif olduğunu əsas gətirərək yalnız cari ayın aliment pullarını ödəyə biləcəyini, yığılmış borclarını isə tez bir zamanda ödəməyə çalışacağın bildirmişdir. Tələb borclu tərəfindən təmin edilməyindən onun adına qeydiyyatdan keçən “BMW 320” minik markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair xx.xx.2019-cu il tarixli təqdimatla Suraxanı Rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin xx.xx.2019-cu il tarixli, 8(010)-790/2019 saylı qərardadı ilə avtomobilin üzərinə həbs qoyulmuşdur. Borcluya məxsus məhkəmənin müvafiq qərardadı ilə üzərinə həbs qoyulmuş avtomobilin harada və kim tərəfindən idarə olunmasını müəyyən etmək məqsədi ilə o, xx.xx.2019-cu il tarixdə yenidən şöbəyə dəvət olunmuş və izahatı alınmışdır. Borclu izahatında ona məxsus avtomobil ilə tələbkarla rəsmi nigahda olmamışdan qabaq qəza törətdiyini, qəzadan sonra isə avtomobilin təmiri qeyri-mümkün oluğundan metal qəbulu zavoduna 600 (altı yüz) manata satdığını bilrmişdir. Tələbkar Fəxrətova (Aslanova) Əfsanə Yusif qızının aliment tələbinə dair məhkəmənin xx.xx.2020ci il tarixli yeni icra vərəqəsi icraata daxil olduqdan sonra borclu xx.xx.2020-cı il tarixdə şöbəyə dəvət olunmuş, həmin icra sənədi üzrə qərar və tələbin könüllü icrası barədə bildirişin surətləri ona şəxsən təqdim edilməklə növbəti dəfə izahatı alınmışdır. Borclu izahatında mövcud “Coronavirus” pandemiyası ilə əlaqədar gəlirlərinin olmadığını, bu səbəbdən 3 (üç) ay müddətində aliment ödəyə bilmədiyini bildirmişdir. İcra sənədlərinin səmərəlliyini artırmaq məqsədi ilə yuxarda adı çəkilən icra sənədləri xx.xx.2020-ci il tarixli müvafiq qərarla ümumi icraatda birləşdirilmişdir. Tələbkar Fəxrətova (Aslanova) Əfsanə Yusif qızı xx.xx.2020-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək, borclunun ona 1830 (bır min səkkiz yüz otuz) manat aliment borcunun olduğunu bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs alimenti ödəmədiyini maddi imkansızlığı və pandemiya dövründə işləməməsi ilə izah edir. Halhazırda borcu ödəyə bilməyəcəyini qeyd etmişdir. Tələbkar X2 işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, Şəxs həqiqətən də uşaqların saxlanılması üçün tutulan aliment borcunu ödəməkdən yayınır. Belə ki, pandemiya dövründə borclu alimenti ödəmədiyindən o uşaqları saxlaya bilməmişdir. Dövlət tərəfindən ona 190 manat pul ödənildiyindən onunla uşaqları saxlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunla nəzərdə tutulmuş tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş alimenti üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasənŞəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.4.-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 - 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanma məntəqəsinə təhvil verilsin. İnzibati «həbs» haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «24» iyun 2020-ci il tarixdən saat 11:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №3(010)-644/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-644/2020
24.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver