Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-645/2020 24.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1979-cu ildə Dəvəçi rayonu, Rəhimli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Şabran rayonu, Rəhimli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Bahar bağları ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərtib etdiyi xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-5167/2013-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment Şəxs X1 xeyrinə tutulması və 30 (otuz) manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan, həmçinin müvafiq icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)- 5167/2013 saylı icra vərəqəsinə əsasən Suraxanı rayon İcra şöbəsinin icraatına xx.xx.2016-cı il il tarixdə daxil olmuş və icraata başlamaq haqqında müvafiq qərar qəbul edilmişdir. Bununla əlaqədar olaraq borclunun ünvanına müvafiq qərar və bildirişlər göndərilmiş və könüllü icra üçün ona 10 gün vaxt verilmişdir. Borclu dəfələrlə İcra şöbəsinə dəvət olunaraq izahatı alınmış, borcunu ödəməsi üçün ona vaxt verulmişdir. Lakin verilən müddət ərzində borclu icra sənədində qeyd edilən borc məbləğini ödəməmişdir. xx.xx.2016-cı il tarixli Şabran rayon İcra Şöbəsinin məktubunda Şəxs 2170 manat ödəniş olunduğu, 1130 manat məbləğində aliment borcunun olduğu qeyd olunmuşdur. Borclunun icra sənədinin icrasına yönəldilə biləcək əmlaka malik olubolmadığının müəyyən edilməsi məqsədilə aidiyyəti təşkilatlara sorğular verilmişdir. Həmin sorğuların nəticəsində onun mülkiyyətində borcunun ödənilməsinə yönəldilə biləcək əmlaka malik olmadığı müəyyən edilmişdir. Tələbkar X2 xx.xx.2020-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək borclunun ona 1063 (bır min altmış üç) manat aliment borcunun olduğunu bildirmişdir. Hazırda borclunun 1213 manat aliment borcu olduğunu bildirmişdir. Tələbkar X2 işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, onlar borclu ilə razılığa gəlmişlər. Borclu Şəxs borcundan 100 manat ödədiyini və borcun hər ay 200 manat olmaqla ödəyəcəyini nəzərə alaraq Şəxs şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı borcunu ödəyə bilməməsinin səbəbini maddi imkansızlığı ilə izah edir. İcra sənədinin icrasından yayınmır. İşə məhkəmədə baxılması zamanı tələbkarın xeyrinə 100 manat ödəniş etmiş, borcundan hər ay 200 manat olmaqla ödəyəcəyi barədə tələbkarla razılığa gəldiyini bildirmişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və tələbkarı dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işə məhkəmədə baxılması zamanı tələbkarın xeyrinə 100 manat məbləğində ödəniş etmişdir. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №3(010)-645/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-645/2020
24.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver