Məhkəmə qərarları › İş №3(010)-646/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-646/2021

27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-646/2021 27.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru Babaşov Şəfayət Məmməd oğlunun iştirakı ilə, Şəxs, 12 sentyabr 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, subay, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 16 aprel 2021-ci il tarixdə X2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində yerləşən 80 nömrəli fərdi yaşayış evinə gedən elektrik xəttini, habelə evin zirzəmisindən tikinti materiallarını gizli yolla talayaraq, zərərçəkmiş şəxs F.Ə.Əmrahova ümumilikdə 85 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı Rəşad Həsənzadənin 27 aprel 2021-ci il tarixli qərarı ilə X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi, əməli törətmiş şəxsin(lər) müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin aidiyyəti əməkdaşına həvalə edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 16 aprel 2021-ci il tarixdə X2 məxsus fərdi yaşayış evindən oğurluq etmiş şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru Babaşov Şəfayət Məmməd oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Sonda Şəxs barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru Babaşov Şəfayət Məmməd oğlu məhkəmədə göstərdi ki, X3 ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə müraciət edərək, 16 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində yerləşən ona məxsus 80 nömrəli fərdi yaşayış evinə gedən elektrik xəttinin, habelə evin zirzəmisindən tikinti materiallarının oğurlandığını, ona ümumilikdə 85 manat ziyan dəydiyini bildirmişdir. Faktla bağlı hadisə yerinə baxış keçirilmiş, təhqiqat zamanı əməliyyat-axtarış tədbirlərinin təşkil edilməsi, əməli törətmiş şəxsin(lər), həmçinin hadisə barədə məlumatı olan şəxslərin, şahidlərin, kamera görüntülərinin müəyyən edildib təhiqata təmin edilməsi barədə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə əməliyyat tapşırığı verilmiş, lakin icra müddəti ərzində müsbət nəticə əldə etmək mümkün olmamışdır. X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı Rəşad Həsənzadənin 27 aprel 2021-ci il tarixli qərarı ilə rədd edilmiş, əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi, əməli törətmiş şəxsin(lər) müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin aidiyyəti əməkdaşına həvalə edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 16 aprel 2021-ci il tarixdə X2 məxsus fərdi yaşayış evindən oğurluq etmiş şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materialalrında olan sənədlərdən görünür ki, X3 ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə müraciət edərək, 16 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində yerləşən ona məxsus 80 nömrəli fərdi yaşayış evinə gedən elektrik xəttinin, habelə evin zirzəmisindən tikinti materiallarının oğurlandığını, ona ümumilikdə 85 manat ziyan dəydiyini bildirmişdir. X1 müraciəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin “Cinayətlər haqqında ərizələr və məlumatların uçotu” kitabında 309 sayı ilə qeydiyyata alınaraq araşdırılması üçün 17 aprel 2021-ci il tarixdən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı Rəşad Həsənzadənin icraatına qəbul edilmişdir. X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı Rəşad Həsənzadənin 27 aprel 2021-ci il tarixli qərarı ilə rədd edilmiş, əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi, əməli törətmiş şəxsin(lər) müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin aidiyyəti əməkdaşına həvalə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru Babaşov Şəfayət Məmməd oğlunun 26 aprel 2021-ci il tarixli raportundan görünür ki, Şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində yerləşən 80 nömrəli fərdi yaşayış evində baş vermiş oğurluq hadisəsində şübhəli bilindiyi üçün 26 aprel 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə dəvət olunmuşdur. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisindən Şəxs baş vermiş oğurluq hadisəsində iştirakının olubolmamasını müəyyən etmək üçün aidiyyəti əməkdaşa göstəriş verilməsi xahiş olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan 26 aprel 2021-ci il tarixli tutuma protokolundan görünür ki, Şəxs həmin tarixdə, saat 22:40-da Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru Babaşov Şəfayət Məmməd oğlu tərəfindən inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun inzibati qaydada tutulduğu – 26 aprel 2021-ci il tarixdən, saat 22:40-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 02 (iki) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu – 26 aprel 2021ci il tarixdən, saat 22:40-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar