Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-647/2020 26.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu, məhkəmə iclas katibi Maqsudov İsa Sabir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, R.Abdullayev küçəsi, ev 1 mənzil 41 unvanında yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X7 xx xxxx 2020-ci il tarixdə Suraxanı Hövsan qəsəbəsi R.Abdullayev küçəsi ev 1 mənzil 41-də yaşayan vətəndaş X3 yaşadığı evin dəhlizindən 200 manat dəyərində velosipedi oğurlamışdır. Bundan başqa, o, xx xxxxx 2020-ci il tarixdə xx xxxxxx 2020-ci il tarixdə vətəndaş X1 yaşadığı evin həyətində yerləşən qarajdan ona məxsus 1 ədəd velosipedi oğurlamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda zərərin əvəzinin ödənilmədiyini bildirmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi X4 şahid qismində məhkəmədə göstərdi ki, ŞəxsSuraxanı rayonu,Hövsan qəsəbəsi Sahil küçəsi ev 4,mənzil 3-də yaşayan X2 məxsus velosipedi və Suraxanı Hövsan qəsəbəsi R.Abdullayev küçəsi ev 1 mənzil 41-də yaşayan vətəndaş X5 məxsus velosipedləri oğurlayaraq xırda talama etmişdir. Həmin faktlar üzrə müvafiq araşdırılmalar aparılmış, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi barədə müvafiq qərarlar qəbul edilmiş və Şəxs barəsində inzibati tədbir görülməsi üçün qərarların surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə göndərilmişdir. Habelə hər bir fakt üzrə inzibati icraat açılmışdır. Qeyd edilən əməlləri törətmiş Şəxs müəyyən edildikdən sonra inzibati icraatların birləşdirilməsi barədə qərar qəbul edilmiş və bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş X1 izahatından görünür ki,xx.xx.2020ci il tarixdə ona məxsus olan 90 manat dəyərində bir ədəd velosipedin oğurlandığnı aşkar edərək bu haqda Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinə bu haqda məlumat vermişdir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş X3 izahatından görünür ki, xx xxxx 2020-ci il tarixdə ona məxsus olan 200 manat dəyərində bir ədəd velosipedin oğurlandığnı aşkar edərək bu haqda Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinə bu haqda məlumat vermişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi,yəni şahidi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxsun inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini,o cümlədən təkrarən, yəni bir dəfə eyni əməllərinə görə inzibati məsuliyyətinə cəlb olunduqdan sonra yenidən eyni növ əməllər törətməsiniməsuliyyətini ağırlaşdıran hal kimi, törətdiyi əməldən peşman olduğunu məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraqhesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində,inzibati həbs növündə inzbati tənbeh tətbiq edilməlidir. Şəxs xx xxxx 2020-ci ildən saxlanılaraq Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinəsaxlanılması nəzərə alınaraq, inzibati həbs etmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 2 (iki) ay müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli xx xxxx 2020-ci ildən hesablansın. Qərarın icrası Bakı şəhər Baş Polis İdarəsinin X6 Saxlama Məntəqəsinə tapşırılsın. Qərardan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar Qasimov
Məhkəmə qərarları › İş №3(010)-647/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-647/2020
26.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver