Məhkəmə qərarları › İş №3(010)-648/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-648/2020

29.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-648/2020 29.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu X1 katibliyiilə xx xxxx 1991-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi tərəfindən təqdim olunmuş xx xxxx 2019-cu il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxx 2020-ci ildə saat 20.50 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Bazarstore” marketdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, hadisə günü dostugildə spirtli içki içmiş, yaşadığı evə qayıdıb bir qədər keçdikdən sonra arvadı ilə birlikdə “Bazarstore” marketə getmişdir. Marketdə olduğu vaxt təsadüfən çiyni bir polis əməkdaşına dəymiş, bu zəmində aralarında mübahisə yaranmışdır. Əməlindən peşmandır. X4 inzibati xəta haqqında iş üzrə məhkəməyədək araşdırma zamanı verdiyini yazılı izahatına uyğun məzmunlu izahat verərək bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin NH-də sürücü işləyir. xx xxxx 2020-ci ildə saat 20.50 radələrində xidmətdə olduğu vaxt “Bazarstore” marketə getmişdir. Şam yeməyi üçün ərzaq məhsulları alarkən bir nəfər əvvəllər tanımadığı şəxs (sonradan onun adının Şəxs olduğunu bilib) getdiyi yolu dəyişib ona tərəf gəlmiş və onu çiyni ilə vurmuşdur. Bunun səbəbini soruşduqda Şəxs yaxşı etdiyini deyərək aqressiv danışmağa başlamışdır. Onun içkili olduğunu, həmçinin yanında bir nəfər qadın olduğunu görüb, «baş qoşmaq» istəməmiş və demişdir ki, çıxıb getsin. Lakin həmin şəxs nalayiq hərəkətlərini davam etdirərək onun geyim formasına və ümumilikdə polisə qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Marketin mühafizəsinin əməkdaşlarının yardımı ilə onu mağazadan çıxarmışlar ki, çıxıb getsin. Lakin Şəxs bir qədər sonra yenidən geri qayıdaraq nalayiq hərəkətlərini davam etmiş, insanların arasında söyüş söyməyə başlamışdır. Həmçinin Şəxs onun poqonuna əl atmış və bir hissəsini sökmüşdür. Onun bu hərəkətlərini görüb, sonuncunu intizama dəvət etmiş və tələb etmişdir ki, əxlaqa və qanuna zidd hərəkətlərinə son qoysun. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yenə də deyilənlərə məhəl qoymayaraq öz hərəkətlərini davam etmişdir. Nəhayət mağazanın mühafizəçilərinin köməyi ilə onu mağazadan çıxarmaq mümkün olub. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X3 “Bazarstore” marketə mühafizəçi işlədiyini bildirərək inzibati xəta haqqında protokolda, iş üzrə məhkəməyədək araşdırma zamanı verdiyini yazılı izahatında göstərilənlərə, həmçinin X2 bildirdiklərinə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, hadisə vaxtı marketdə növbədə olub. Mağazada olduğu vaxt bir neçə nəfər vətəndaş ona yaxınlaşaraq bir nəfərin söyüş söydüyünü bildirmişlər. Ona görə də hadisənin baş verdiyi yerə getmiş və Şəxs orada söyüş söydüyünü görmüşdür. Bu zaman polis əməkdaşı X4 onu sakitləşdirməyə çalışır və nalayiq hərəkətlərinə son qoymasını tələb edirdi. Lakin Şəxs sakitləşməmiş, əksinə hərəkətlərini davam edərək polis əməkdaşının poqonuna «əl atmışdır». Mağazanı mühafizəçiləri buna müdaxilə etmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi mağazadan çıxarmışlar. İş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Bu hal yuxarıda göstərilən ifadələrlə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlindən peşman olması, məcburi köçkün olması, evli olmaqla himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməyib. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə «inzibati həbs» növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli xx xxxx 2020-ciil saat 14.15-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar