Məhkəmə qərarları › İş №3(010)-649/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-649/2020

29.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-649/2020 29.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 tələbkar X1 iştirakı ilə xx xxxx 1987-ci ildə Ermənistan SSR, Ararat rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 tərtib etdiyi xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2013-cü ildə verilmiş xx xxxxxx 2013-cü il tarixli 2(010)-483/2013 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2012-ci il tarixdən başlayaraq cavabdeh X2 tərəflərin faktiki nikahından anadan olmuş xx.xx.2009cu il təvəllüdlü Ümid adlı oğlan uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün 95 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməlidir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədi Suraxanı rayon İcra və probasiya şöbəsinə daxil olmuş, icraata başlamaq haqqında qərar verilərək borclunun ünvanına onun surəti və müvafiq bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı borclu X8 ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış, icra sənədinin icra edilməsi ilə əlaqədar şifahi və yazılı xəbərdarlıq edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qərardadı ilə X4 Suraxanı rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Suraxanı Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərardadı ilə X4 Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən borclu X8 barəsində xx xxxxxx 2017-ci il tarixli qərarı ilə axtarış elan edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadı ilə X4 Suraxanı rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. xx xxxx 2020-ci ildə borclu İcra və probasiya şöbəsinə gələrək izahat vermiş, izahatında icra sənədində göstərilən borc məbləğlərini maddi imkanının yaxşı olmaması səbəbindən ödəmədiyini bildirmişdir. Borclunun əmlak vəziyyətinin yoxlanılası məqsədilə müxtəlif orqanlara sorğular göndərilmiş, lakin borclunun adına hər hansı əmlak aşkar edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bu gün üçün aliment borcu 8.445 manat təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müvafiq borc məbləğini ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. Tələbkar X6 da işin məhkəmə baxışı zamanı icra məmurunun bildirdiklərinə uyğun məzmunlu ifadə verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulmuş tənbeh tətbiq olunmasını xahiş edir. Bildirir ki, əslində borclunun alimenti ödəməsi üçün kifayət qədər imkanı var. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş pul miqdarını üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasənŞəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini etiraf etməsi və peşman olması, evli olmaqla himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olması və deməsinə görə vərəm xəstəliyindən əziyyət çəkməsi iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixindən saat 17.45-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar