Məhkəmə qərarları › İş №3(010)-653/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-653/2021

28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-653/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X4 və tələbkar X1 iştirakı ilə, Şəxs, 27 avqust 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, natamam orta təhsilli, boşanmış, himayəsində bir azyaşlı uşağı olan, “xxxx” Açıq Səhmdar Cəmiyyətində xəmirbölən çörəkçi işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, 99Q nömrəli evdə qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 111 nömrəli evin 53 nömrəli mənzilində yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(010)- 3978/2020 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Şəxs cəmi 10.030 manat məbləğində pul X1 xeyrinə tutulmalıdır. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu bildirərək göstərdi ki, maddi imkanı aşağı olduğundan icra sənədi üzrə öhdəliyini birdəfəlik icra edə bilmir. Bununla belə o, icra sənədi üzrə hər ayın 25-də 50 manat məbləğində ödəniş edə bilər. O, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədlərinin icrasında qərəzli olaraq yayınmır. Sonda Şəxs barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X5 məhkəmədə bildirdi ki, icra sənədi 07 yanvar 2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış və bu barədə tərəflərə məlumat verilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs 01 aprel 2021-ci il tarixdə şöbəyə dəvət olunmuşdur. Borclu şöbədə olarkən qərar və tələbin könüllü icrası haqqında bildirişin surətləri ona şəxsən təqdim edilməklə izahatı alınmışdır. İzahatında borclu tələbi tam olaraq təmin edə bilməyəcəyini, aylıq olaraq tələbkara 50 manat ödəmək qabiliyyətində olduğunu bildirmişdir. Borcluya izahatında icra sənədinin icrasını təmin etməyəcəyi halda məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilməklə tələbi təmin etməsi üçün ona 10 gün müddətinə vaxt verilmişdir. Borclu Şəxs verilmiş vaxt müddətinə tələbi təmin etmədiyi üçün o, 22 aprel 2021-ci il tarixdə yenidən şöbəyə dəvət edilmişdir. Borclu şöbədə olarkən ona sonuncu dəfə 28 aprel 2021-ci il tarixə qədər vaxt verilməklə tələbi təmin etməyəcəyi halda məsuliyyətə cəlb olunacağı barədə rəsmi xəbərdarlıq edilmişdir. Tələb borclu tərəfindən könüllü icra müddətində təmin edilmədiyindən onun əmlak vəziyyəti yoxlanılmış, lakin borclunun adına tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar olunmamışdır. Sonuncu xəbərdarlıqdan sonra da, borclu tərəfindən tələbkarın xeyrinə heç bir ödəniş edilməmiş nəticədə, icra sənədi icrasız qalmaqla tələbkarın haqlı şikayətinə səbəb olmuşdur. Göstərilənlərə əsasən borclu Şəxs icra məmurunun qanuni tələblərini yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İcra sənədi üzrə tələbkar X2 məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(010)-3978/2020 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən borclu Şəxs cəmi 10.030 manat məbləğində pul onun xeyrinə tutulmalıdır. Lakin borclu müxtəlif bəhanələr gətirərək, icra sənədini icra etməkdən boyun qaçırır. Borclu bugünədək onun xeyrinə heç bir ödəniş etməmişdir. Sonda icra sənədi üzrə tələbkar X2 borc məbləğinin birdəfəlik ödənilməyəcəyi təqdirdə borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(010)-3978/2020 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən borclu Şəxs cəmi 10.030 manat məbləğində pul tələbkar X1 xeyrinə tutulmalıdır. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 07 yanvar 2021-ci il tarixli qərardan və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(010)-3978/2020 nömrəli icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur və həmin qərarın surəti Şəxs 01 aprel 2021-ci il tarixdə şəxsən təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 07 yanvar 2021-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(010)-3978/2020 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan 22 aprel 2021-ci il tarixli xəbərdarlıq məktubundan və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(010)-3978/2020 nömrəli icra sənədi üzrə yaranmış borcu ödəmək üçün Şəxs 28 aprel 2021-ci il tarixədək vaxt verilmiş, əks təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılacağı, habelə inzibati məsuliyyəti barədə xəbərdar edilmiş, həmin xəbərdarlıq məktubu Şəxs 22 aprel 2021-ci il tarixdə şəxsən təqdim edilmişdir. 28 aprel 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(010)-3978/2020 nömrəli icra sənədi üzrə heç bir ödəniş etməmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını və himayəsində bir azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı 430639 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şəxs himayəsində 17 oktyabr 2014-cü il təvəllüdlü Raul adlı uşağı var. Buna görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar