Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-6531/2025 15.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X7 qızının katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 32803556 nömrəli protokola əsasən tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 32803556 nömrəli protokola əsasən tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 21 dekabr 2025-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Skoda Kamiq” markalı, 90YC992 dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanında yolun boş olan hissəsində saxlamışdır. İş materiallarına əlavə olunan foto şəkillərdən də göründüyü kimi idarə etdiyi avtomobilin dayanmış olduğu hissədə hər hansı qadağanedici işarə quraşdırılmamışdır. Həmçinin avtomobilin dayanmış olduğu yer yolun hərəkət hissəsinin ikinci və sonrakı cərgəsi hesab olunmur. Buna görə də onunla barəbər həmin boş olan yerdə çoxsaylı nəqliyyat vasitələri hər zaman dayanmışdır. Nəqliyyat vasitəsinin saxlanıldığı ərazi uzun illərdir boş sahə olaraq avtomobillərin ödənişsiz dayanacağı kimi istifadə olunur. Həmin sahədə dayanmaq və durmaq qadağandırsa bununla bağlı xəbərdarlıq nişanı quraşdırılmalıdır. Polis əməkdaşı avtomobilin şəklini çəkərkən ona yaxınlaşaraq yazılan protokolun qanunsuz olmasını bildirməyinə baxmayaraq bununla bağlı qeydlər yazmağına şərait yaratmamışdır. Hesab edir ki, həmin qərar qanunsuzdur və ləğv edilməlidir. Bu səbəbdən də məhkəmə qaydasında şikayət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EQ 32803556 nömrəli protokola əsasən tərtib olunmuş xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 16:49-da ünvan 1 ünvanında idarə etdiyi Skoda Kamiq minik markalı, 90YC992 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir; xx.xx.2025-ci il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Skoda Kamiq markalı, 90YC992 dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi xx.xx.2026-cı il tarixədək X3 etibar edilmişdir; iş materiallarına 90YC992 dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkilləri əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli, EQ 32803556 nömrəli protokola əsasən tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla X4 xx.xx.2025-ci il tarixdə saat 16:49-da ünvan 1 ünvanında idarə etdiyi Skoda Kamiq minik markalı, 90YC992 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Beləliklə, X4 qeyd edir ki, 21 dekabr 2025-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Skoda Kamiq” markalı, 90YC992 dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanında yolun boş olan hissəsində saxlamışdır. İş materiallarına əlavə olunan foto şəkillərdən də göründüyü kimi idarə etdiyi avtomobilin dayanmış olduğu hissədə hər hansı qadağanedici işarə quraşdırılmamışdır. Həmçinin avtomobilin dayanmış olduğu yer yolun hərəkət hissəsinin ikinci və sonrakı cərgəsi hesab olunmur. Buna görə də onunla barəbər həmin boş olan yerdə çoxsaylı nəqliyyat vasitələri hər zaman dayanmışdır. Nəqliyyat vasitəsinin saxlanıldığı ərazi uzun illərdir boş sahə olaraq avtomobillərin ödənişsiz dayanacağı kimi istifadə olunur. Həmin sahədə dayanmaq və durmaq qadağandırsa bununla bağlı xəbərdarlıq nişanı quraşdırılmalıdır. Polis əməkdaşı avtomobilin şəklini çəkərkən ona yaxınlaşaraq yazılan protokolun qanunsuz olmasını bildirməyinə baxmayaraq bununla bağlı qeydlər yazmağına şərait yaratmamışdır. Belə olduğu halda, hadisə zamanı X4 tərəfindən İXM-nin 346.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilməsinə əsaslı şübhələr olduğundan məhkəmə hesab edir ki, şəxsin təqsirli olduğuna dair şübhələr onun xeyrinə həll edilməli və təqsiri sübuta yetirilmədiyindən, X2 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32803556 nömrəli protokola əsasən tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsaslıdır və buna görə də xx.xx.2025-ci il tarixli, EQ 32803556 nömrəli protokola əsasən tərtib olunmuş xx.xx.2025-ci il tarixli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32803556 nömrəli protokola əsasən tərtib olunmuş xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-6531/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-6531/2025
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver