Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-656/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 və inzibati xəta üzrə tələbkar X1 iştirakı ilə, Şəxs, xx xxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, boşanmış, bir yetkinlik yaşına çatmayan uşağı olan, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Parnik küçəsi, 14 nömrəli evdə qeydiyyatda olan və yaşayan barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(010)-2913/2014 nömrəli qətnaməsinə əsasən xx xxxx 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxx 2014-cü il tarixdən başlayaraq Şəxs hər ay 103 manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması müəyyən edilmişdir. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(010)-5087/2018 nömrəli qətnaməsinə əsasən həmin Məhkəmənin xx xxx 2014-cü il tarixli, 2(010)- 2913/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, xx xxxx 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs qətnamənin qanuni qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması müəyyən edilmişdir. Həmin icra sənədlərinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədlərinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədlərini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs göstərdi ki, o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş və təxminən 02 ildir azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra isə işlə təmin olunmaqda müəyyən çətinliklərlə üzləşmişdir. Məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədlərinin icrasında qərəzli olaraq yayınmır. Sadəcə olaraq, əvvəllər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən, hazırda isə heç yerdə işləmədiyinə görə icra sənədləri üzrə öhdəliyini lazımi qaydada icra edə bilməmişdir. Aliment borcunu maddi vəziyyətli ilə əlaqədar olaraq birdəfəlik ödəmək iqtidarında deyil. Möhlət veriləcəyi təqdirdə icra sənədləri üzrə aliment borcunu hissə-hissə olmaqla ödənilməsini təmin edəcəkdir. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X5 məhkəmədə bildirdi ki, icra sənədləri Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərarlar və bildirişlər Şəxs yaşadığı ünvana göndərilmiş və sonuncuya hər bir icra sənədi üzrə icranı 10 gün müddətinə könüllü təmin etməsi təklif olunmuşdur. Bundan əlavə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədləri üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində həmin icra sənədlərinin icrasını təmin etməmişdir. Eyni zamanda məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Borclunun hal-hazırda icra sənədləri üzrə aliment borcu 9.893 manat təşkil edir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədlərini icra etməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qərarları bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədlərinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İcra sənədi üzrə tələbkar X4 məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(010)-2913/2014 nömrəli qətnaməsinə əsasən xx xxxx 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxx 2014cü il tarixdən başlayaraq Şəxs hər ay 103 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması müəyyən edilmişdir. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(010)-5087/2018 nömrəli qətnaməsinə əsasən Şəxs tutulmuş alimentin məbləği artırılaraq 160 manat müəyyən edilmişdir. Lakin borclu müxtəlif bəhanələr, o cümlədən heç yerdə işləmədiyini əsas gətirərək alimenti ödəməkdən qərəzli olaraq yayınır. Halbuki, qanunvericiliyin tələbinə əsasən borclunun işləməməsi və ya maddi vəziyyətinin aşağı olması onu icra sənədini icra etməkdən azad etmir. Sonda R.Ə.Rəfiyeva, borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(010)-2913/2014 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, xx xxxx 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxx 2014-cü il tarixdən başlayaraq Şəxs hər ay 103 manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında xx xxxxxx 2018-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(010)-2913/2014 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmiş, habelə müvafiq olaraq inzibati və cinayət məsuliyyəti barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2018ci il tarixli, 2(010)-5087/2018 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, həmin Məhkəmənin xx xxx 2014-cü il tarixli, 2(010)-2913/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmış, xx xxxx 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs qətnamənin qanuni qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında xx xxxxxxx 2018-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(010)-5087/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmiş, habelə müvafiq olaraq inzibati və cinayət məsuliyyəti barədə xəbərdar olunmuşdur. xx xxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədləri üzrə aliment borcu 9.893 manat təşkil edir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını, yəni borclu Şəxs icra sənədləri üzrə 9.893 manat aliment borcunun olduğunu, bununla da onun icra sənədləri üzrə faktiki olaraq ödəniş etmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı xx xxxxx 2021-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-656/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-656/2021
28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver