Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-657/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X1 və tələbkar Həsənova (Museyıbova) Nərmin Qinyaz qızının iştirakı ilə, Şəxs, 17 avqust 1982-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, ali təhsilli, boşanmış, iki yetkinlik yaşına çatmayan uşağı olan, ikinci qrup əlil, sosial müavinat alan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli, 2(043)- 3790/2017 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən 11 aprel 2017-ci il tarixdən başlayaraq Şəxs hər ay, hər birinə sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat aliment tutularaq tələbkarla birgə nikahdan doğulmuş X5 və X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün X2 ödənilməlidir. Həmin icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmiş və nəticədə Şəxs icra sənədi üzrə 4.560 manat ödənilməmiş aliment borcu yaranmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu bildirərək göstərdi ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli, 2(043)-3790/2017 nömrəli qətnaməsinə əsasən 11 aprel 2017-ci il tarixdən başlayaraq ondan hər ay, hər birinə sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat aliment tutularaq tələbkarla birgə nikahdan doğulmuş X8 və X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün X2 ödənilməlidir. O, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Əvvəllər işlədiyi vaxtlar əmək haqqında 70 faiz aliment tutulurdu. Lakin son zamanlar heç yerdə işləməmir, 2-ci qrup əlil olduğuna görə sosial müavinat alır. Maddi imkanı aşağı olduğuna görə də hər ay stabil aliment ödəyə bilmir. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X4 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun yaşadığı ünvana göndərilmiş və könüllü icra üçün borcluya 05 gün müddətinə vaxt verilmişdir. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Bundan əlavə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, borclunun mülkiyyətində “Hyunday Sonata” markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. Onun təqdimatı əsasında “Hyunday Sonata” markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsa da, həmin avtomobilin yeri müəyyən edilmədiyindən üzərinə həbs qoyulmuş qeyd edilən nəqliyyat vasitəsinin hərrac yolu ilə satışını təmin etmək mümkün olmamışdır. Halhazırda borclunun aliment borcu 4.560 manat təşkil edir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İcra sənədi üzrə tələbkar Həsənova (Museyıbova) Nərmin Qinyaz qızı məhkəmədə bildirdi ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli, 2(043)- 3790/2017 nömrəli qətnaməsinə əsasən 11 aprel 2017-ci il tarixdən başlayaraq Şəxs hər ay, hər birinə sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat aliment tutularaq tələbkarla birgə nikahdan doğulmuş X8 və X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ona ödənilməlidir. Borclu uşaqları ilə ümumiyyətlə maraqlanmır, müxtəlif bəhanələr gətirərək icra sənədi üzrə öhdəliyini yerinə yetirməkdən yayınır. Borclunun öhdəliyini yerinə yetirməməsi isə onu müəyyən maddi çətinliklərlə üzləşdirir. Borclunun maddi vəziyyəti icra sənədi üzrə borcunu birdəfəlik ödəməyə imkan versə də, sonuncu maddi vəziyyətinin pis olduğunu və sair bəhanələr gətirməklə borcunu ödəməkdən yayınır. Sonda Həsənova (Museyıbova) Nərmin Qinyaz qızı borclu barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli, 2(043)-3790/2017 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, 11 aprel 2017-ci il tarixdən başlayaraq Şəxs hər ay, hər birinə sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat aliment tutularaq tələbkarla birgə nikahdan doğulmuş X8 və X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün X2 ödənilməlidir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 19 oktyabr 2017-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli, 2(043)-3790/2017 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs 05 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi Suraxanı rayonu 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 30 aprel 2019-cu il tarixli məktubundan görünür ki, Şəxs 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında 11 iyun 2018-ci il tarixdən “Ankilozedici spondilit onurğa, bel-oma və oma – qalaca oynaqlarının zədələnmələri ilə tez irəliləyən gedişatı, rentgen İİ dərəcəli, mərhələ İV, onurğanın funksional çatışmamazlığı” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumatdan görünür ki, Şəxs ikinci qrup əlildir. 28 aprel 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli, 2(043)-3790/2017 nömrəli icra sənədi üzrə aliment borcu 4.560 manat təşkil edir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını, ikinci qrup əlil olmasını, ankilozedici spondilit onurğa, bel-oma və oma – qalaca oynaqlarının zədələnmələri ilə tez irəliləyən gedişatı, rentgen İİ dərəcəli, mərhələ İV, onurğanın funksional çatışmamazlığı xəstəliyindən əziyyət çəkməsini onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Şəxs ikinci qrup əlil olduğunu nəzərə alaraq, hesab edir ki, A.N. Museyıbova Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Çünki, Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-657/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-657/2021
28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver