Məhkəmə qərarları › İş №3(010)-658/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-658/2020

24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-658/2020 24.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X1, Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan RespublikasıİXM-nin 491.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxarkən, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi «xxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin Azərbaycan Respublikası İXM-nin 491.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx xxx 2020-ci il tarixli 00100-0653/20 nömrəli inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmasıüçün Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X5 göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 491.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx xxx 2020-ci il tarixli 00100-0653/20 nömrəli inzibati xəta haqqında protokolu düzgün tərtib edilməmişdir. Belə ki, protokolda A + JO MMJ tərəfindən 77 iribuynuzlu heyvanların kömrük orqanının icazəsi olmadan özbaşına boşaldıldığı üçün, barəsində hazırki protokol tərtib edilmişdir. Halbuki, protokol A + JO MMJ şirkəti barəsində deyil, «xxxxxxxxxxxxxxxxxxxxx» MMC barəsində tərtib olunmalı idi. Həmçinin, Şəxs MMC tamamilə başqa avadanlıqların gətirilməsi ilə məşğuldur. Bu səbəbdən hesab edir ki, protokol düzgün tərtib edilməmişdir. Məhkəmə ijlasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X2 göstərmişdir ki, həqiqətən də, texniki səhv olaraq Şəxs MMC-nin Azərbaycan RespublikasıİXM-nin 491.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx xxx 2020-ci il tarixli 00100-0653/20 nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, protokolda A + JO MMJ tərəfindən 77 iribuynuzlu heyvanların kömrük orqanının icazəsi olmadan özbaşına boşaldıldığı üçün, barəsində hazırki protokol tərtib edilmişdir. Halbuki, protokol A + JO MMJ şirkəti barəsində deyil, «xxxxxxxxxxxxxxxxxxxxx» MMC barəsində tərtib olunmalı idi. Həmçinin, Şəxs MMC tamamilə başqa avadanlıqların gətirilməsi ilə məşğuldur. Azərbaycan RespublikasıİXM-nin 109.1.6-cı maddəsinəəsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul olunur. Göstərilənlərəəsasən inzibati xəta haqqında protokol və ona edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan RespublikasıİXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: «xxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin Azərbaycan Respublikası İXM-nin 491.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx xxx 2020-ci il tarixli 00100-0653/20 nömrəli inzibati xəta haqqında protokol işəəlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qaytarılsın. Hakim Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar