Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-659/2021 31.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, X6 tərəfindən Bakı şəhər BPİ DYPİ-nin inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli, 3(010)- 169/2018 saylı qərarı ilə X3 Baş Dövlət Yol Polis İdarəsinin inzibati xəta haqqında MMX ******* saylı,MMX ******* saylı.MMX ******* saylı.MMX ******* saylı, MMX ******* saylı,MMX ******* saylı,MMX ******* saylı,MMX ******* saylı,MMX ******* saylı, MMX ******* saylı,MMX ******* saylı,MMX ******* saylı,MMX ******* saylı,MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı. MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı,İXP ******* saylı, İXP ******* saylı,MMX ******* saylı,MMX ******* saylı,MMX ******* saylı,MMX ******* saylı elektron protokollar üzrə cərimə qərarlarından verdiyi şikayət təmin edilməmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 şikayət verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli, 3(010)-169/2018 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26 iyul 2019-cu il tarixli qərarı ilə X3 şikayət qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli, 3(010)-169/2018 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli qərarı ilə X3 şikayəti qismən təmin edilmiş, X3 barəsində qəbul edilmiş 09 noyabr 2017-ci il tarixli, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı, MMX ******* saylı qərarların ləğv edilərək, inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilməsi və X3 barəsində qəbul edilmiş 30 oktyabr 2017-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın və barəsində tərtib edilmiş 21 noyabr 2017-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi hissəsində şikayəti təmin edilməmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 02.03.2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, X3 barəsində qəbul edilmiş 21 noyabr 2017-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi hissəsində şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılıb qərar qəbul edilməsi üçün həmin məhkəməyə qaytarılması qərar alınmışdır. İnzibati material rayon məhkəməsinə 28.04.2021-ci il tarixində qaytarılmış və məhkəmə tərəfindən X3 şikayət ərizəsinə baxılması 16.05.2021-ci il tarixə saat 1000-a təyin edilməsi barədə və 21.11.2017-ci il tarixli İXP ******* saylı protokol üzrə çıxarılmış qərarın qəbul edilməsinə əsas olan sübutların, o cümlədən foto şəkillərin, görüntülərin məhkəməyə təqdim edilməsi və nümayəndəsinin iştirakının təmin edilməsi barədə Bakı şəhər BPİ-nin DYPİ-nə rəsmi məhkəmə bildirişi göndərilmişdir. Lakin Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iclasda iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmiş və 21.11.2017-ci il tarixli İXP ******* saylı protokol üzrə çıxarılmış qərarın qəbul edilməsinə əsas olan sübutları, o cümlədən foto şəkilləri və görüntülərin məhkəməyə təqdim etməmişdir. 16 may 2021-ci il tarixində keçiirlən məhkəmə iclası təxirə salınaraq, X3 şikayət ərizəsinə baxılması 31.05.2021-ci il tarixə saat 1000-a təyin edilməsi barədə və 21.11.2017-ci il tarixli İXP ******* saylı protokol üzrə çıxarılmış qərarın qəbul edilməsinə əsas olan sübutların, o cümlədən foto şəkillərin görüntülərin məhkəməyə təqdim edilməsi və nümayəndəsinin iştirakının təmin edilməsi barədə Bakı şəhər BPİ-nin DYPİ-nə təkrarən rəsmi məhkəmə bildirişi göndərilmişdir. Lakin Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iclasda iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmiş və 21.11.2017-ci il tarixli İXP ******* saylı protokol üzrə çıxarılmış qərarın qəbul edilməsinə əsas olan sübutları o cümlədən foto şəkilləri və görüntüləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə ərizəyə Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X6 şikayətini müdafiə edərək, şikayətinin təmin edilməsini və barəsində qəbul edilmiş 21.11.2017-ci il tarixli İXP ******* saylı protokol üzrə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından, inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər BPİ-nin DYPİ-nin vəzifəli şəxsinin X6 barəsində 21.11.2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhər BPİ-nin DYPİ-nin Yol Patrul Xidmətinin vəzifəli şəxsi tərəfindən 21.11.2017-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər BPİ-nin DYPİ-nin vəzifəli şəxsi tərəfindən X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, cərimə edilməsi ilə bağlı 21.11.2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xəta haqqında iş üzrə icraat zamanı X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi kifayət qədər sübuta yetirilməmiş, vəzifəli şəxsin həmin qərarla gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, X6 tərəfindən şikayət ərizəsində qeyd etdiyi “Giriş qadağandır” aydın görünməməsi və korlanmış əzik vəziyyətdə olması barədə məhkəməyə təqdim etdiyi fotoşəkillər araşdırılmamış və X6 barəsində tərtib edilmiş 21 noyabr 2017-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlara iş materiallarında olan fotoşəkillər nəzərə alınmayaraq hüquqi qiymət verilmişdir. Bakı şəhər BPİ-nin DYPİ-nin Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X2 tərəfindən 21.11.2017-ci il tarixdə saat 12:29-da T.Bağırov küçəsi, dalan 3, ev 16B adlanan ərazidə “Giriş qadağandır” aydın görünməməsi və korlanmış əzik vəziyyətdə olması barədə məhkəməyə təqdim etdiyi fotoşəkillər araşdırılmamış, işin halları ətraflı araşdırılmamış və ona obyektiv hüquqi qiymət verilməmiş, sübutların, o, jümlədən, hadisə yerinin foto şəkillərinin və görüntülərinin məhkəməyə təqdim olunmasına dair məhkəmə tərəfindən təkrarən sorgu ilə müraciət olunmasına baxmayaraq, bu sübutlar məhkəməyə təqdim olunmamışlar. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib araşdırılmamış, həmin şəxsin İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəti nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bununla da, X3 Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Engel və başqaları Niderlanda qarşı işdə və bir sıra digər presedentlərində (Meneşeva Rusiyaya qarşı və s.) İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi daxili qanunvericilikdə olan təsnifatdan asılı olmayaraq, bir sıra hallarda (əməlin xarakteri və mümkün cəzanın ağırlığı və s.) inzibati xətalar haqqında işləri cinayət ittihamına bərabər saymışdır. Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəndə təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ji maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda, şəxs son zərurət vəziyyətində hərəkət etdikdə, şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə, inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məjəllənin 134.1-ji maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məjəllənin 135.1-ji maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, məhkəmə bu nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetmədiyindən, bununla da inzibati xəta hadisəsi olmadığından, onun şikayəti təmin edilməli, Bakı şəhər BPİ-nin DYPİ-nin Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X1 X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 21 noyabr 2017-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A LDİ: X3 şikayəti təmin edilsin. Bakı şəhər BPİ-nin DYPİ-nin Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X1 X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 21 noyabr 2017-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-659/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-659/2021
31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver