Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-663/2021 17.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1954-cü ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, 3 nömrəli evin 66 nömrəli mənzilində qeydiyyatda olmaqla? Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 26 nömrəli evin 98 nömrəli mənzilində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(010)- 439/2021 saylı icra vərəqəsinə əsasən Şəxs 15.000 manat məbləğində pul tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. 29 aprel 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(010)-439/2021 saylı qətnaməsinə dair icra vərəqəsini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 3(010)- 663/2021 saylı qərarı ilə əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi qərara alınmışdır. Qərardan narazı qalan tələbkar Zərərçəkmiş şəxs şikayət verərək, şikayətin təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 3(010)- 663/2021 saylı qərarının ləğv edilməsi, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsi tərəfindən şikayətə baxılması üçün 3(010)- 663/2021 saylı iş Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 08.07.2021-ci il tarixli qərarına əsasən şikayət qismən təmin edilmiş, iş üzrə Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilması qərara alınmışdır. İnzibati material rayon məhkəməsinə 05.11.2021-ci il tarixində qaytarılmış və məhkəmə tərəfindən işin yenidən baxışı 17.11.2021-ci il tarixinə saat 11:00-a təyin edilmişdir. Məhkəmə iclasında Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 izahat verərək bildirmişdir ki, icra sənədi 16 mart 2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış və bu barədə tərəflərə məlumat verilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu 06 aprel 2021-ci il tarixdə şöbəyə dəvət olunmuşdur. Borclu şöbədə olarkən qərar və tələbin könüllü icrası haqqında bildirişin surətləri ona şəxsən təqdim edilmiş, tələbi könüllü olaraq təmin etməsi üçün ona qanunla müəyyən edilmiş müddətdə vaxt verilmişdir. Tələb borclu tərəfindən könüllü icra müddətində təmin edilmədiyindən, o 16 aprel 2021-ci il tarixdə yenidən şöbəyə dəvət olunmuş və icra sənədinin icrasını təmin etməyəcəyi halda məsuliyyətə cəlb olunacağı barədə ona yazılı xəbərdarlıq edilmişdir. Sonuncu xəbərdarlıqdan sonra da borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyindən, o 29 aprel 2021-ci il tarixdə yenidən şöbəyə dəvət olunmuş və izahatı alınmışdır. Borclu izahatında maddi imkanının pis olduğunu əsas gətirərək ödəniş edə bilməyəcəyini bildirmişdir. Tələb borclu tərəfindən könüllü icra müddətində təmin edilmədiyindən onun əmək vəziyyəti yoxlanılmış, lakin borclunun adına tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar olunmamışdır. İcra sənədi üzrə tələbkar 29 aprel 2021-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək borclu tərəfindən ona 29 aprel 2021-ci il tarixə qədər cəmi 250 manat ödəniş edildiyini, borc məbləğinin ona hissə-hissə ödənilməsinə və tələbin borclunun pensiyasına yönəldilməsinə razı olmadığını, pensiyasını bəhanə edərək icra sənədinin icrasını tam olaraq təmin etməkdən yayındığını bildirmiş və onun məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İcraat dövründən borclu tərəfindən tələbkarın xeyrinə 250 manat pul vəsaitinin ödənilməsi təmin edilsə də, 29 aprel 2021-ci il tarixə 14.780 manat məbləğində borc qalmaqdadır. Göstərilənlərə əsasən borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerini yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Borclu yalnız barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmədə baxıldığı zaman tələbkara 1.000 manat ödəniş etmiş və buna görə də sonuncu ilə sonrakı ödənişlər barədə öz aralarında razılığa gəlmişdir. Bu səbəbdən də, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 3(010)-663/2021 saylı qərarı ilə əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi qərara alınmışdır. Qərardan narazı qalan borclu Zərərçəkmiş şəxs şikayət verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.Bakı Apelyasiya Məhkəməsinin 08.07.2021-ci il tarixli qərarına əsasən şikayət qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilması qərara alınmışdır. Hazırda borclu ilə tələbkar arasında razılıq əldə olunmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək qeyd etmişdir ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(010)-439/2021 saylı qətnaməsinə əsasən ondan 15.000 manat məbləğində pul tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. O, məhkəmənin qərarına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmır, sadəcə olaraq maddi imkanı icra sənədini tam icra etməyə imkan vermir. Belə ki, təqaüdçüdür və 581 manat pensiya alır. Təqaüdünün 140 manat məbləğinə kredit borcunu ödəyir, qalan məbləğ isə yaşadığı evin kirayə puluna və ailəsinin dolanışığına ancaq kifayət edir. Bununla belə o, 2021-ci ilin fevral ayında tələbkara 250 manat, may ayında isə 1.000 manat ödəniş etmişdir. Qalan borc məbləğinin isə hər ay hissə hissə ödənilməsi barədə tələbkarla öz aralarında razılığa gəlmişlər. Məhz bu səbəbdən də tələbkarın ona qarşı heç bir şikayət və tələbi olmadığı üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 3(010)-663/2021 saylı qərarı ilə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi qərara alınmışdır. Lakin sonradan tələbkar həmin qərardan şikayət vermişdir. Onun hazırda maddi imkanı qənaətbəxş olmadığı üçün tələbkara olan borcunu tam ödəyə bilmir. O tələbkara olan borcunu hissə hissə ödəyəcəyinə dair məhkəmə qarşısında öhdəlik götürür. Odur ki, Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq, onun inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə izahat vermiş tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki,Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(010)-439/2021 saylı qətnaməsinə əsasən Şəxs 15.000 manat məbləğində pul onun xeyrinə tutulmalıdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. İcra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən bir sıra icra hərəkətləri həyata keçirilsə də, borcluya icra sənədinin icrasını təmin etdirmək mümkün olmamışdır. Belə ki, borclu 2021-ci ilin fevral ayında ona cəmi 250 manat ödəniş etmiş, qalan borcu isə ödəməmişdir. Buna görə də o, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə müraciət edərək borclunun barəsində müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Suraxanı rayon İcra Şöbəsinin icra məmuru borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edərək məhkəməyə təqdim etdi. Borclu inzibati xəta haqqında protokola məhkəmədə baxıldığı zaman ona 1.000 manat ödəniş etmişdir. Bu səbəbdən də sonrakı ödənişlər barədə öz aralarında razılığa gəlmişdir. Bu səbəbdən də, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 3(010)-663/2021 saylı qərarı ilə əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi qərara alınmışdır. Lakin onun maddi imkanı yaxşı olmadığı üçün və borclunun ona olan borcunu tam ödənilməsini istədiyi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 3(010)-663/2021 saylı qərarından apelyasiya şikayəti vermişdir.Bakı Apelyasiya Məhkəməsinin 08.07.2021-ci il tarixli qərarına əsasən şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilması qərara alınmışdır. Hazırda onunla borclu arasında borcun hissə-hissə ödənilməsinə dair heç bir razılıq əldə olunmamışdır. Odur ki, borclu barəsində inzibati tədbir görülməsini xahiş etmişdir. İş materiallarından müəyyən olunur ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(010)-439/2021 saylı icra vərəqəsinə əsasən Şəxs 15.000 manat məbləğində pul tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İş materiallarında olan Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən 29.04.2021-ci ildə tərtib edilmiş MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs yuxarıda göstərilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 3(010)-663/2021 saylı qərarından görünür ki, əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 08.07.2021-ci il tarixli qərarından görünür ki, şikayət qismən təmin edilmiş, iş üzrə Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilması qərara alınmışdır. İş materiallarında Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin elektron portalından çıxarışdan müəyyən olunur ki, borclu Şəxs 581.83 manat pensiya alır. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə, ki inzibati işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(010)-439/2021 saylı icra vərəqəsinə əsasən Şəxs 15.000 manat məbləğində pul tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Lakin borclu Şəxs 581.83 manat pensiya alsa da, icra vərəqəsini bugün qədər tam icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı iə»də (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini «"xxxx" MMC Rusiya Federasiyasma qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasma qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Həmçinin, müəyyən edilmişdir ki, Şəxs barəsində İnzibati xəta haqqında protokol 29.04.2021-ci il tarixdə tərtib edilmişdir. Lakin iş Suraxanı rayon məhkəməsinə 05.11.2021-ci il tarixdə daxil olmuşdur. Şəxs tərəfindən törədilən inzibati xəta hadisəsi hazırki iş üzrə qərar qəbul edildiyi vaxtdan 06 (altı) ay 19 (on doqquz) gün öncə (inzibati xəta hadisəsi 29.04.2021-ci il tarixdə aşkar olunmuşdur) baş vermiş və bununla da inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1, 38.2 və 38.3-cü maddələrinə əsasən «İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyrihökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinin tələbinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Məhkəmə qeyd olunanları, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-663/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-663/2021
17.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver