Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-665/2020 07.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsi Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair 17 iyun 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən «İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun». Həmin Məcəllənin 100.1.7-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında protokolda «barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları» göstərilməlidir. Eyni Məcəllənin 100.2-ci maddəsinə əsasən «Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır». Azərbaycan Respublikası İXM-nin 100.3-cu maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir…». Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən «Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur». İş materiallarını nəzərdən keçirərək məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraat qanunazidd aparılmış, inzibati xəta haqqında protokol qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət olunmadan tərtib edilmiş, təqdim olunmuş sənədlər isə natamamdır. Belə ki, ŞəxsMMC-nin hüquqi ünvanı “ünvan 1 olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıldığına dair məlumat Xətai rayonu, Xocalı prospekti 37 “Dəmirçi Towermən” 15-ə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Bu andan etibarən Suraxanı Rayon Polis İdarəsi (Suraxanı rayon DYPŞ) İXM-nin yuxarıda qeyd olunan müddəalarının icrasının təmin edilməsi ilə bağlı tədbirlər görməyə başlamalı, o cümlədən Şəxs MMC-yə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlandığı, inzibati xəta haqqında işə harada və nə vaxt baxılacağı barədə məlumat verməli və bundan irəli gələn digər işləri görməli idi. Buna baxmayaraq, inzibati xəta haqqında iş üzrə icraat aparılarkən Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsi Azərbaycan Respublikası İXM-nin tələblərini pozmuş, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıldığına (icraat başlandığına) dair məlumat verilməmiş, onun icraatda iştirakı təmin olunmamış, hüquqları və vəzifələri izah edilməmiş, bu səbəbdən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində və s. əlaqəli müddəalarında nəzərdə tutulan hüquqları pozulmuşdur. Eyni səbəbdən inzibati xəta haqqında protokol da qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilib. Müvafiq icraat zamanı digər qanun pozuntularına da yol verilib. Məsələn, iş materiallarında Şəxs MMC-yə barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyinə (bu dəfə məktubda Şəxs MMC-nn ünvanı kimi «Xətai rayonu, ünvan 2 göstərilib) və həmin protokolun baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiyinə dair məktub əlavə olunmuş, lakin məhkəməyə həmin məktubun ünvan sahibinə çatdırıldığını təsdiq edə biləcək heç bir mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, həmin məktubla bağlı Azərbaycan Respublikası İXM-nin 57-ci maddəsinin tələblərinə riayət olunması halı da şübhə doğurur. Azərbaycan Respublikası İXM-nin 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olubolmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul olunur. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-ninAzərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair 17 iyun 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Suraxanı Rayon Polis İdarəsinə qaytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-665/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-665/2020
07.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver