Məhkəmə qərarları › İş №3(010)-666/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-666/2021

29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-666/2021 29.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Şəxs, xx xxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 29YHZAV, orta ixtisas təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, heç yerdə işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 09 yanvar 2012-ci il tarixli, 2(011)-5802/2011 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən X2 və Şəxs müştərək qaydada 5.630 manat 08 qəpik məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumu “Azəriqazbank” Açıq Səmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 noyabr 2014-cü il tarixli 2(010)-8634/2014 nömrəli məhkəmə əmrinə əsasən Şəxs cəmi 1.028 manat məbləğində borc tutularaq X4 ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 3(010)-846/2019 nömrəli qərarına dair icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 700 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmin icra sənədlərinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədlərinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədlərini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu bildirərək göstərdi ki, maddi vəziyyəti agır olduğuna görə icra sənədlərini icra edə bilməmişdir. Sonda Şəxs barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X5 məhkəmədə bildirdi ki, icra sənədləri Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərarlar və bildirişlər borclunun yaşadığı ünvana göndərilmiş və sonuncuya hər bir icra sənədi üzrə icranı 10 gün müddətinə könüllü təmin etməsi təklif olunmuşdur. Bundan əlavə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədləri üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində həmin icra sənədlərinin icrasını təmin etməmişdir. Eyni zamanda məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Borclu inzibati məsuliyyəti barədə 03 dəfə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədlərini hal-hazırdaək icra etməmişdir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədləri üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qərarları bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədlərinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 09 yanvar 2012-ci il tarixli, 2(011)-5802/2011 nömrəli qətnaməsinə dair icra sənədindən görünür ki, əsasən X2 və Şəxs müştərək qaydada 5.630 manat 08 qəpik məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumu “Azəriqazbank” Açıq Səmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında 10 yanvar 2012-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 09 yanvar 2012-ci il tarixli, 2(011)-5802/2011 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Xətai rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmiş, habelə müvafiq olaraq inzibati və cinayət məsuliyyəti barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 noyabr 2014-cü il tarixli 2(010)-8634/2014 nömrəli məhkəmə əmrindən görünür ki, Şəxs cəmi 1.028 manat məbləğində borc X3 xeyrinə tutulmuşdur. İş materiallarında olan icraata başlamaq haqqında 26 yanvar 2015-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 noyabr 2014-cü il tarixli 2(010)-8634/2014 nömrəli icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmiş, habelə müvafiq olaraq inzibati və cinayət məsuliyyəti barədə xəbərdar olunmuşdur. İş materiallarında olan 05 dekabr 2018-ci il tarixli qərardan görünür ki, olduğu yer məlum olmadığına görə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 09 yanvar 2012-ci il tarixli, 2(011)-5802/2011 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 12 yanvar 2019-cu il tarixli məktubundan görünür ki, Şəxs barəsində 11 yanvar 2019-cu il tarixdən borclu kimi axtarış işi açılmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 3(010)-846/2019 nömrəli qərarına dair icra sənədindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 700 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir İş materiallarında olan icraata başlamaq haqqında 11 oktyabr 2019-cu il tarixli qərardan, onun üzərindəki qeyddən və tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 3(010)-846/2019 nömrəli qərarına dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmiş, habelə müvafiq olaraq inzibati və cinayət məsuliyyəti barədə xəbərdar olunmuşdur. İcraata başlamaq haqqında 11 oktyabr 2019-cu il tarixli qərarın surəti Şəxs 15 noyabr 2019-cu il tarixdə şəxsən təqdim edilmişdir. İş materialalrında olan 2016-cı il tarixli, 23 oktyabr 2018-ci il tarixli və 07 yanvar 2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, 10 gün ərzində icra sənədlərində olan tələbi könüllü olaraq təmin etmədiyinə görə Şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə gəlib icra sənədləri üzrə tələbi təmin etməsi tələb olunmuş, əks təqdirdə ölkədən getmək hüqunun məhdudlaşdırılması barədə məhkəməyə təqdimatla müraciət olunacağı, habelə inzibati məsuliyyəti barədə 03 dəfə xəbərdarlıq edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Törədilmiş inzibati xətadan səmimi peşmançılığını və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar