Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-668/2020 19.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, Şəxs, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Rzayev küçəsi, 27 nömrəli evin 1 nömrəli mənzilində qeydiyyatda olan, barəsində Bakı şəhəri Sabunçu rayon Polisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Polisi İdarəsindən Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərin surətindən görünür ki, Şəxs xx xxxxxxxx 2019-cu il tarixdə, “Daewoo BS 090” markalı, ** JA *** dövlət qeydiyyat nişanlı avtobusu Bakı şəhəri, Y.Əliyev küçəsində xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırdığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsilə məsuliyyət nəzərdə tutulan xx xxxxxxxx 2019-cu il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş xx xxxxxxx 2019-cu il tarixli qərarla 100 manat cərimə olunmuşdur. Lakin Şəxs cəriməni 03 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmiş və nəticədə ona 60 manat dəbbə pulu hesablanmaqla cəriməsi cəmi 160 manat təşkil etmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, Şəxs barəsində tərtib edilmiş xx xxxxxxxx 2019-cu il tarixli, İXP seriyalı, ******* nömrəli protokol əsasında qəbul edilmiş xx xxxxxxx 2019-cu il tarixli qərarla ona təyin edilmiş 100 manat cəriməni 03 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyinə görə xx xxxxxx 2020-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin xx xxxx 2020-ci il tarixli, 3(010)-402/2020 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 06 (altı) ay müddətinə nəqliyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə övündə inzibati tənbeh tətbiq etmə haqqında xx xxxxxxx 2019cu il tarixli, TP seriyalı, ******* nömrəli qərarın qanuni qüvvəyə mindiyi gündən 03 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilməsinə və məhkəmənin xx xxxx 2020-ci il tarixli, 3(010)-402/2020 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə və barəsində nəqliyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsinə baxmayaraq, xx xxxx 2020-ci il tarixdə, Şəxs barəsində yenidən eyni xətanın törədilməsinə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi xx xxxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə, yəni bir inzibati xətaya görə Şəxs barəsində xx xxxxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixlərdə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokollar tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.1-106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi kimi məsələləri həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda hakim inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığına görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol, onu tərtib etmiş Bakı şəhəri Sabunçu rayon Polisi İdarəsinin polis mayoru X2 qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-668/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-668/2020
19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver