Məhkəmə qərarları › İş №3(010)-671/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-671/2020

21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-671/2020 21.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, heç yerdə işləməyən, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, xx xxxxx 2020-ci il tarixdə, saat 00:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata” markalı, ** GB *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi istiqamətində saatda təxminən 60 km sürətlə hərəkət etdiyi zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci zəndinin tələblərinə riayət etməli olduğu halda, yəni 1.1-1.3 yol nişanlama xəttini keçmək zadağandır kimi qanunun tələbləriniə riayət edərək hadisənin qarşını almalı olduğu halda buna əməl etməmiş və onunla eyni istiqamətdə, ondan öndə hərəkət edən X1 idarə etdiyi “Mercedes Benz 190” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobilin keçmək qadağan olan yol nişanlama xəttini keçmək istədiyini görüb yol nişanını keçib qarşı hərəkət zolağına çıxmış və qarşı hərəkət zolağında “Mercedes Benz 190” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol nəqliyyat hadisə nəticəsində X2 oynaqda hərəkət məhdudluğu ilə müşaiyət olunan sol bayır topuq nahiyyəsinin şişkinlik və qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri almışdır. Buna görə də xx xxxx 2020-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, “Hyundai Sonata” markalı, ** GB *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx xxxxx 2020-cu il tarixdə, təxminən saat 00:30 radələrində idarə etdiyi avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Ə.Mehbalıyev küçəsi ilə Qaraçuxur qəsəbəsi tərəfdən Bakıxanov qəsəbəsi istiqamətində, saatda 60 km sürətlə hərəkətdə olduğu zaman qarşıda sağdan, Yaqub Əliyev küçəsi ilə hərəkətdə olan “Mercedes Benz 190” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobil yola çıxıb bir qədər irəli hərəkət edərək “AL” marketin qarşısında düz xəttin üstündən sola dönməyə başlamışdır. Həmin vaxt məsafə aza olduğundan, hadisədən yayınmaq məqsədilə əyləci sıxıb idarə etdiyi avtomobilin istiqamətini sola tərəf yönəltməsinə baxmayaraq, onun idarə etdiyi avtomobil “Mercedes Benz 190” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Sonradan yol nəqliyyat hadisəsi yerinə yol patrul xidməti əməkdaşları gəlmiş, habelə özü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində X2 bədən xəsarətləri almışdır. Aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs həmçinin göstərdi ki, hadisə zamanı ayıq olmuşdur. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmiş və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş üzrə zərəçəkmiş şəxs X1 ibtidai araşdırma zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, xx xxxxx 2020-cu il tarixdə, təxminən saat 00:30 radələrində idarə etdiyi “Mercedes Benz 190” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Ə.Mehbalıyev küçəsinə çıxıb Ə.Cəfər küçəsi ilə bir qədər hərəkət edib yolun kəsişməsinə çatmamış “AL” marketin qarşısında, Qaraçuxur qəsəbəsi istiqamətində geri qayıtmaq üçün sola dönməyə başladıqda Qaraçuxur qəsəbəsi istiqamətindən Bakıxanov qəsəbəsi istiqamətində, yolun qarşıdan hərəkət edən nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsi ilə sürətlə hərəkət edən “Hyundai Sonata” markalı avtomobil, onun idarə etdiyi avtomobilin sol qabaq yan hissəsi ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində bədən xəsarəti almışdır. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx xxxxx 2020-cu il tarixli protokoldan və ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi sxemindən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Ə.Mehbalıyev küçəsində baş vermişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 342 saylı rəyindən görünür ki, X1 bədən səthində oynaqda hərəkət məhdudluğu ilə müşaiyət olunan sol bayır topuq nahiyəsinin şişkinlik və qançırı kimi xəsarətlər aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, xx xxxxx 2020-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxx 2020-ci il tarixli, 8/548 nömrəli rəyindən görünür ki, “Hyundai Sonata” markalı, ** GB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddənin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin “Mercedes Benz 190” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddənin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon X5 Şöbəsinin təhqiqatçısı X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən rədd olunmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə, M.M.Hüseynovun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati icraat açılması və onların həmin mnaddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.1 və 55.2-ci maddələrinə əsasən yol-nəqliyyat hadisələri ekspertizanın aparılmasına sərf olunmuş 100 manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabına aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizanın aparılmasına sərf olunmuş 100 (yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabına aid edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar