Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-672/2020 13.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakı ilə Bakı şəhər DYPİ-nin Müşayiət-Eskort bölüyü YPX-nin inspektoru polis baş serjantı X1 inzibati xəta haqqında iş üzrə xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X2 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər DYPİ-nin Müşayiət-Eskort bölüyü YPX-nin inspektoru polis baş serjantı X3 xx xxxx 2020-ci ildə X5 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə TP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş, eyni tarixli TP seriyalı ******* nömrəli qərarı ilə onu Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilərək 60 manat miqdarında cərimə etmişdir. X5 həmin qərardan şikayət verib. X5 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. O, cümlədən bildirir ki, xx.xx.2020-ci ildə Bakı şəhər DYPİ YPX inspektoru tərəfindən idarə etdiyi və ona məxsus “Mercedes-Benz E240” minik markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı barəsində İXM-nin 327.2-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında qanunsuz protokol tərtib edilmiş və həmin protokol həmin gün 10 günlük şikayət hüququ gözlənilmədən DİN mərkəzi informasiya sisteminə qərarlı statusunda vurulmuşdu. Halbuki o, elə həmin gün DİN-nin mia.gov.az saytı vasitəsilə e-müraciət qaydasında xx.xx.2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan rəsmi qaydada şikayət vermiş və həmin şikayət rəsmi qaydada xx.xx.2020-ci ildə qeydiyyata alınmışdır. xx.xx.2020-ci ildə Bakı şəhər BDYPİ-də onun iştirakı ilə Bakı şəhər BDYPİ-nin inspektoru, polis baş leytenantı Vüsal Nağıyev tərəfindən baxılmış, lakin xx.xx.2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qanunsuz qərar qəbul edilmiş və həmin qərar ona xx.xx.2020-ci il tarixində rəsmi qaydada təqdim edilmişdir.Hesab edir ki, DİN BDYPİ tərəfindən barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən verilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tam qanunsuzdur və ləğv edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən verilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, guya o, xx.xx.2020-ci il tarixində Yasamal rayonu, Qurban Xəlilov küçəsində Nərimanov heykəli dairəsinə daxil olarkən dairədə hərəkət üstünlüyünə malik olan avtomobilə yol verməmiş, nəticə etibarilə o, İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş “yolayrıcını keçmə qaydalarını (yol verməmə)” pozmuşdur. Halbuki video görüntülərdən aşkar göründüyü kimi, o, dairəyə daxil olarkən tam olaraq avtomobili saxlamış və hərəkət üstünlüyünə malik olan avtomobil yolu keçəndən sonra o, hərəkətə davam etmişdir. Bundan əlavə hərəkət intensivliyi prinsipini nəzərə alaraq, dairədə hərəkət üstünlüyünə malik olan digər bir avtomobil ona yol verdikdən sonra o, hərəkətinə davam etdirdi. Burada İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş “yolayrıcını keçmə Qaydalarını (yol verməmə)” inzibati pozuntusundan söhbət gedə bilməz. Göstərilənlərə əsasən Bakı şəhər DYPİ-nin Müşayiət-Eskort bölüyü YPX-nin inspektoru polis baş serjantı X1 inzibati xəta haqqında iş üzrə xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarının ləğv olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhər Dövlət X8 nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə Bakı şəhər Dövlət X8 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin olunmalıdır. Bakı şəhər DYPİ-nin Müşayiət-Eskort bölüyü YPX-nin inspektoru polis baş serjantı X1 xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilərək 60 manat miqdarında cərimə edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, o, eyni, yəni xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilib. Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən «İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır». Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir». Eyni Məcəllənin 124.4-cü maddəsinə əsasən «İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir». Bir daha qeyd olunur ki, şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Bakı şəhər Dövlət X8 nümayəndəsini göndərməmişdir. Barəsində inzibati xət haqqında iş üzrə icraat aparıan şəxsin məhkəməyə bildirdiklərindən görünür ki, o, inzibati xətanın mövcudluğu ilə razılaşmamışdır. Buna baxmayaraq, X5 barəsində inzibati xəta haqqında protokolun tərtib edildiyi gün inzibati xəta haqqında iş üzrə qərar qəbul edilib. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xətanın baş verməsi halının sübut etmək vəzifəsi müvafiq vəzifəli şəxsin üzərinə düşür. Buna baxmayaraq, Bakı şəhər Dövlət X8 nümayəndəsini məhkəməyə göndərməmiş, hadsənin videogörüntüsünü təqdim etməmişdir. Bu hallar Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə nəticələnən mühüm prosessual pozuntu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 – 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. Bakı şəhər DYPİ-nin Müşayiət-Eskort bölüyü YPX-nin inspektoru polis baş serjantı X1 X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat miqdarında cərimə edilməsinə dair xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilsin və hazırkı qərarın surəti müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhər DYPİ -nə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-672/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-672/2020
13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver