Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-673/2020 06.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayonu İcra və probasiya şöbəsinin icra məmuru x2 iştirakı ilə 26 noyabr 1979-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Sabirabad rayonu, Suqovuşan kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında kirayədə yaşayan x3 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru x2 tərtib etdiyi 06 iyul 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 28 avqust 2009-cu il tarixli 2(044)-1501/2009 nömrəli məhkəmə əmrinə əsasən 13 may 2004-cü ildə anadan olmuş Əliyeva Röya Elmir qızının və 18 noyabr 2006-cı ildə anadan olmuş x4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün 25 avqust 2009-cu ildən başlayaraq hər ay x3 qazancından (başqa gəlirlərindən) 100 manat sabit pul məbləğində aliment tutulub tələbkar x1 ödənilməlidir. Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru x5 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, yuxarıda göstərilən icra sənədi ilk olaraq Suraxanı rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən edilmiş qaydada icraata başlanmış, lakin icraat dövründə borclu yaşayış yerini dəyişdiyinə görə icra sənədi aidiyyəti üzrə başqa rayona göndərilmişdir. Sonradan icra sənədi yenidən Suraxanı rayon İcra və probasiya şöbəsinə göndərilmiş və 19 mart 2018-ci ildə icraata başlamaq haqqında yeni qərar qəbul olunmuşdur. İcra məmuru həmçinin bildirir ki, ötən dövr üzrə borcluya 13.100 manat aliment hesablanıb. O, həmin məbləğin 2.925 manatını ödəmiş, 10.175 manat borcu qalmışdır. Bununla əlaqədar borclu ilə dəfələrlə əlaqə saxlanıldığına, borcunu ödəməsi zərurəti dəfələrlə diqqətinə çatdırıldığına baxmayaraq o, bu günədək borcunu bağlamayıb. Onun borcun ödənilməsinə yönəldilə biləcək əmlaka malik olubolmadığı araşdırılmış, nəticədə belə əmlaka malik olmadığı müəyyən edilmişdir. İcra məmuru hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x3 hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x7 borcunu ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş borcu üzrsüz səbəbdən ödəməmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən onu da nəzərə alır ki, aylıq aliment məbləği kifayət qədər kiçik, yəni aylıq 100 manat olduğuna baxmayaraq, x3 bu gün üçün borcu 10.175 manat təşkil edir. Göstərilənlərə əsasənx7 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin evli olmaqla himayəsində öz deməsinə görə yeni nikahından yetkinlik yaşına çatmamış uşaqlarının olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: x7 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 06 iyul 2020-ci il saat 18.30-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-673/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-673/2020
06.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver