Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-674/2020 06.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayonu İcra və probasiya şöbəsinin icra məmuru x1 iştirakı ilə 07 noyabr 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan x4 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru x1 tərtib etdiyi 06 iyul 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 05 sentyabr 2019-cu il tarixli 2(078)-632/2019 nömrəli icra vərəqəsinə əsasən 28 avqust 2019-cu il tarixdən hesablanmaqla x2 bir uşağa 120 manat olmaqla, iki uşağa görə cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq 26 iyun 2016-cı il təvəllüdlü x3 və 28 sentyabr 2017-ci il təvəllüdlü x5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları Kasayeva (Quliyeva) İlkanə Kirman qızının xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən, həmçinin görünür ki, müvafiq icra sənədi üzrə 18 sentyabr 2019-cu ildə icraata başlamaq haqqında qərar verilmiş, borcun 10 gün müddətində könüllü ödənilməsi ilə bağlı borclu x6 bildiriş göndərilmişdir. Lakin görülmüş icra tədbirlərinə baxmayaraq, x7 icra vərəqəsi üzrə bu günədək heç bir ödəniş etməyib. Bununla yanaşı, borclu icra məmurunun çağırışlarına gəlmədiyinə və olduğu yeri müəyyən etmək mümkün olmadığına görə onun barəsində icra məmurunun 24 iyun 2020-ci il tarixli qərarı ilə axtarış elan edilmişdir. İcra məmuru həmçinin bildirir ki, borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədilə müxtəlif orqanlara sorğular göndərilmiş, lakin adına icra sənədinin icrasına yönəldilə biləcək əmlak aşkar edilməmişdir. İcra məmuru hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x4 hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x7 borcunu ödəmədiyini onunla izah etmişdir ki, uşaqlarını tələbkardan almaq istəyir və bununla bağlı aralarında məhkəmə mübahisəsi mövcuddur. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş borcu üzrsüz səbəbdən ödəməmişdir (onun dəlili də üzrlü sayıla bilməz). Göstərilənlərə əsasənx7 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: x7 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 06 iyul 2020-ci il saat 18.40-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-674/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-674/2020
06.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver